Paşayeva türkiyəli prorektorla Bakıda görüşdü

Siyasət

279

Paşayeva türkiyəli prorektorla Bakıda görüşdü
Millət vəkili Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Uludağ Universitetinin prorektoru Prof.Dr. Məhməd Yüce və universitetin rəsmiləri ilə görüşüb.

VOİCEPRESS.AZ xəbər verir ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovanın da iştirak etdiyi görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi ətrafında geniş müzakirələr olub və konkret layihələr ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı bu universitetdə təhsil alan 300-dən artıq azərbaycanlı tələbə ilə bağlı müzakirələr də olub.

Millət vəkili Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayımasında onların üzərinə də böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

Görüşün sonunda millət vəkili Q.Paşayeva Uludağ Universitetinin prorektoru Məhməd Yüce və universitetin rəsmilərinə Azərbaycan mədəniyyətinə dair hədiyyələr təqdim edib və onların simasında bütün qardaş Türkiyədə yaşayan qardaş-bacılarımızın Novruz bayramını təbrik edib.


VOİCEPRESS.AZ

Ранее » Düşmən ordumuzun PUA-sını ələ keçirib? - Rəsmi cavab« Далее Onlar xarici kəşfiyyatların əlində oyuncaqdırlar
Flag Counter