Qlobal Bakı Forumunda internetin üstünlükləri və yaratdığı çətinliklər müzakirə olunub

Siyasət / Manşet

297

Qlobal Bakı Forumunda internetin üstünlükləri və yaratdığı çətinliklər müzakirə olunub
VI Qlobal Bakı Forumu çərçivəsində "İnternetin üstünlükləri və yaratdığı çətinliklər" mövzusunda tədbir keçirilib.

VOİCEPRESS.AZ
bildirir ki, tədbiri açan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Forum çərçivəsində aparılan bütün müzakirələrin xüsusi önəm kəsb etdiyini və çox aktual mövzulara həsr olunduğunu söyləyib. O bildirib ki, müzakirələr zamanı çox faydalı ideyalar, təkliflər səslənir. Forumun aktual mövzularından biri də "İnternetin üstünlükləri və yaratdığı çətinliklər"dir.

Tədbirdə çıxış edən "Google" şirkətinin vitse-prezidenti Vinton Serf mövzunun doğrudan da çox aktual olduğunu söyləyib. O, internetin yaranma tarixindən, onun yayılmasından, müsbət və mənfi tərəflərindən danışıb. Qeyd edib ki, bu gün insan həyatının hər bir sahəsinə təsir göstərən kibertəhlükəsizlik bütün dünyada gündəmdə olan əsas məsələlərdən biridir.

Vinton Serf, həmçinin müasir texnologiyaların, müxtəlif innovasiyaların cəmiyyətə təsiri, eləcə də sosial şəbəkələr, kriptovalyutalar barədə fikirlərini bölüşüb, "Google" şirkətinin fəaliyyəti, aparılan son islahatlar barədə məlumat verib, sualları cavablandırıb.

VOICEPRESS.AZ


Ранее » Prezident İlham Əliyev 4 rayonda modul tipli 11 məktəbin quraşdı...« Далее VI Qlobal Bakı Forumunda Çinin xarici siyasəti müzakirə olunub
Flag Counter