Zakir Həsənov: "Təlimlər ordumzun döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyini bir daha sübut etdi"

Siyasət / Manşet

306

Zakir Həsənov:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Azərbaycan Ordusunun rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirakı ilə genişmiqyaslı təlimlərin yekunlarına dair xidməti müşavirə keçirilib.

Nazirlikdən VOİCEPRESS.AZ-a verilən məlumata görə, müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin nəticələrini təhlil edərək bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlar və təlim sahələrində keçirilən genişmiqyaslı təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən nazir qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Nazir vurğulayıb ki, taktiki fəaliyyətlərin praktiki icrası zamanı birləşmə və hərbi hissələrin yüksək hazırlıq səviyyəsini nümayiş etdirməsi bu təlimlərdə qoşunların əməliyyat və döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyini göstərdi.

Təlimlərin yüksək səviyyədə keçdiyini bildirən general-polkovnik Z.Həsənov belə təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

VOİCEPRESS.AZ


Ранее » Albaniya prezidenti: "TAP, "Şahdəniz" layihələri regional enerj...« Далее VI Qlobal Bakı Forumunda Orta Şərqdə təhlükəsizlik və sülh m...
Flag Counter