Rasizadə Yıldırımla görüşdü

Siyasət / Türk dünyası / Manşet

1 242

Rasizadə Yıldırımla görüşdü
Martın 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.

VOİCEPRESS.AZ
xəbər verir ki, görüşdə Baş nazir Artur Rasizadə qardaş Türkiyənin Baş naziri Binəli Yıldırımın ölkəmizə səfərindən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirib. Azərbaycan xalqının Türkiyədə baş verən prosesləri yaxından izlədiyini vurğulayan Artur Rasizadə qardaş və dost ölkələrimizin uğurla inkişaf etdiyini diqqətə çatdırlb. Baş nazir Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını deyib.

Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduqlarını bildirən Baş nazir Binəli Yıldırım qardaş ölkələrimizin gündən-günə inkişaf etdiklərini məmnunluqla vurğulayıb. Binəli Yıldırım Azərbaycanın və Türkiyənin birlikdə qlobal əhəmiyyətli layihələr həyata keçirdiklərini qeyd edib. Baş nazir Azərbaycan, Türkiyə və Gürcüstanın birgə reallaşdırdıqları irimiqyaslı layihələrin bölgədə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini deyib. Türkiyəli qonaq Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsinin tarixi İpək Yolunun bərpasında mühüm əhəmiyyət daşımaqla yanaşı, beynəlxalq yükdaşımaların da inkişafında önəmli rol oynayacağını diqqətə çatdırıb. O, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkafında qarşılıqlı sərmayələrin önəmini xüsusi qeyd edib.

Türkiyənin Baş naziri XII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəz tərəfindən Forumun təşkil olunmasından və bu mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirib.

VOİCEPRESS.AZ


Ранее » Prezident İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırım ...« Далее "Azərbaycan, İran, Türkiyə və Gürcüstanın işgüzar dairələ...