Bu ailələrə hər il 600-700 mənzil veriləcək

Siyasət / İqtisadiyyat / Manşet

1 350

Bu ailələrə hər il 600-700 mənzil veriləcək
Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillə təminatına 1997-ci ildən başlanıb. İndiyədək bu kateqoriyadan olan şəxslərə 6 mindən yuxarı mənzil verilib.

VOİCEPRESS.AZ
musavat.com-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bunların 4757-si 2013-cü ilin sonuna qədər verilən mənzillərdir:

“Ondan sonra verilən 1349 mənzil var. Gördüyünüz kimi, son illərdə mənzillərin alınıb verilməsi və fərdi evlərin tikilməsi yolu ilə bu kateqoriyadan olan şəxslərə təqdim edilməsi əvvəlki illərə nisbətən xeyli sürətlənib. Əgər əvvəlki 17 il ərzində ortalama hər il 280 mənzil verilirdisə, son 4 ildə hər il 335 mənzil bu kateqoriyadan olan şəxslərə təqdim edilib”.

Xatırladaq ki, 2014-cü ildə prezident tərəfindən problemin həlli üçün xüsusi sərəncam imzalanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mətbuata verdiyi məlumatda bildirilir ki, bu zaman hər il təqribən 50 milyon manata yaxın vəsaitin ayrılması nəticəsində 2014-cü ilin 1 yanvar tarixinə qədər növbədə olan şəxslərin 5 il ərzində problemlərinin həll edilməsi nəzərdə tutulurmuş: “2014-cü ilin ikinci yarısında buna uyğun olaraq 30 milyon manat bu məqsəd üçün vəsait ayrıldı. 2015-2016-cı illərdə bizim nisbətən maliyyə vəziyyətimizin pisləşməsi, gəlirlərimizin azalması bu prosesin nəzərdə tutulduğu kimi, həyata keçirilməsi imkanlarını azaltdı. Sonrakı illərdə hər il 10-15 milyon manat vəsait ayrıldı. Bu müddətdə proses üçün təqribən 60 milyon manata yaxın vəsait ayrılıb. Bunun hesabına 1349 mənzil öz sahiblərinə təhvil verilib”.

Nazir bildirib ki, 2018-ci ilin dövlət büdcəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı üçün vəsait artırılacaq: “Biz Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə hər il təqribən 500- 600 mənzil verməklə bu problemi həll edə biləcəyik. Bu məsələ hökumətin diqqətindədir və mümkün olan vəsaitlər çərçivəsində bu məsələni çözəcəyik”.

VOİCEPRESS.AZ


Ранее » Prezident İlham Əliyev ədliyyə, gömrük və miqrasiya işçiləri...« Далее Prezident: "Ərzaq təhlükəsizliyi məsələlərinin həllində ço...