"Həlli uzanan münaqişələrlə bağlı boşluqlar var"

Siyasət / Manşet

477

"ATƏT bütün münaqişələrin həllinə aktiv cəlb olunub. Həmçinin ATƏT Parlament Assambleyası üçün əsas prioritetlərdən biri münaqişələrdə vasitəçilik missiyası və sülh yolu ilə həllin tapılmasıdır".

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli deyib.

"Biz dəfələrlə açıq şəkildə bəyan etmişik ki, müəyyən məsələlər, o cümlədən həlli uzanan münaqişələrlə bağlı boşluqlar var. Bu, həmçinin, Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Biz ATƏT in Minsk qrupunun səylərini dəstəkləyirik. Bu münaqişənin həlli üçün başqa mexanizm yoxdur. Sülh yolu ilə həll yeganə yoldur", - deyə o qeyd edib.

VOİCEPRESS.AZ


Ранее » "Azərbaycan ATƏT-in çox vacib üzvüdür"« Далее 22 ölkənin parlamentariləri Bakıda