Deputatlarımız latviyalı həmkarlarına qalib gəldilər: 3-0

Siyasət / Sport / Manşet

1 377

Deputatlarımız latviyalı həmkarlarına qalib gəldilər: 3-0
Martın 9-da Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.

VOİCEPRESS.AZ
xəbər verir ki, “İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar.

Oyun 3-0 hesabı ilə Azərbaycan Milli Məclisinin komandasına xeyrinə başa çatıb.

Qeyd edək ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.

Püşkatmanın nəticələrinə əsasən, “A” qrupunda Azərbaycan və Latviya, “B” qrupunda Polşa və Türkiyə komandaları qərarlaşıblar. Ukrayna komandası isə birbaşa yarımfinala vəsiqə qazanıb.

“B” qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna kollektivi ilə qarşılaşacaq.

“A” qrupunun qalibi isə birbaşa finala çıxacaq.

Günün ikinci oyununda Polşa və Türkiyə komandaları üz-üzə gələcəklər.

VOİCEPRESS.AZ


Ранее » Arzu Abdullayeva: “Ümummilli lider deyirdi ki, şanlı üçrəgli b...« Далее İlham Əliyev Rusiyada futbol oynadı - Video
Flag Counter