• 10:03 – Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar? 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 

Türk deputatdan Ermənistanla münasibətlərlə bağlı AÇIQLAMA

Azərbaycanın işğal olunmuş əraziləri azad edilmədən Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasından söhbət gedə bilməz.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan deputatı Mətin Külünk Ermənistan-Türkiyə protokollarının ləğvini şərh edərkən bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması Türkiyə üçün prioritetdir:

"Ermənistan bu protokolları ləğv etməklə rəsmi Ankaraya siyasi təzyiq göstərmək istəyir. Bununla belə, Yerevan yaxşı anlayır ki, Türkiyə Azərbaycanla bağlı məsələdə heç bir güzəştə getməyəcək. Prinsiplərdən çıxış edərək Ankara Ermənistanın protokolların ləğv edilməsi haqqında qərarının Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmədiyini deyə bilər".

M.Külünk deyib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini bəyan etsə də, Avropa və ABŞ-da qondarma "erməni soyqırımı" ilə bağlı fəal təbliğat aparıb:

"Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün birgə komissiya yaratmağa hazır olduğunu dəfələrlə bəyan edib, lakin Ermənistan və erməni lobbisi indiyə qədər bu təklifdən imtina edir. Bunun da səbəbi odur ki, onlar bu yalanla yaşayırlar".

Xatırladaq ki, 2018-ci il martın 1-də Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə imzalanmış Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması haqqında protokolların ləğv olunduğunu elan edib.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter