• 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 12:36 – Ukraynada 20 Yanvar Bakı qırğını ilə bağlı silsilə filmlər hazırlanacaq 11:20 – Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan 1-i ləğv edilir, 6-sı isə birləşdirilir - SİYAHI 11:06 – Hansı məmurlara xidməti avtomobil veriləcək? - Prezidentdən TAPŞIRIQ - Siyahı hazırlanacaq 10:34 – “İdaretmə aparatı çox şişmişdi” - Deputat Prezidentin son islahatlarını yüksək dəyərləndirdi 
  • 21:46 – “Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi 
  • 18:10 – Dubayda “Azərbaycan Ticarət Evi” açıldı 
  • 23:07 – Güclü külək Bakıda fəsadlar törətdi 

Millət vəkilləri: “O, lal, kar və kor prezident kimi tarixə düşəcək”

Martın 2-də Ermənistanda parlament ölkənin yeni prezidentini seçib. Hakim “Respublika” Partiyasının namizədi Armen Sarksiyan Ermənistanın yeni prezidenti seçilib.

Qeyd edək ki, ilk dəfədir ki, müstəqil Ermənistanda doğulmuş şəxs ölkə prezidenti seçilib. Bundan əvvəlki prezidentlər Serj Sarkisyan və Röbert Koçaryan Qarabağda, Levon Ter-Petrosyan isə Suriyada doğulublar.

Ermənistanda son Konstitusiya dəyişikliyinə əsasən, prezident əsasən mərasim funksiyalarını həyata keçirən, real icraedici funksiyaların olmadığı şəxs sayılacaq.
Real hakimiyyət isə baş nazir və parlament arasında bölüşdürələcək. Buradan da görünür ki, Ermənistanda yeni prezidentin seçilməsi formaldır.

VOİCEPRESS.AZ xəbər verir ki, Azərbaycan Milli Məclisin deputatları bu dəfə modern.az-a Ermənistanda yeni prezidentin seçilməsindən danışıblar.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Ermənistanın yeni prezidenti Armen Sarksiyanın heç bir səlahiyyət sahibi olmadığını bildirib.



“Son Konstitusiya dəyişikliyindən sonra Ermənistanın rəhbəri baş nazirdir. Ermənistanda yeni prezidentin kimliyi heç nəyi həll etmir. O sadəcə müqəvva kimidir. Ermənistanın baş naziri də Serj Sarkisyan olacaq. Bunu Ermənistanda da xaricdə də birmənalı olaraq deyirlər. Aprelin 9-da Serj Sarkisyanın səlahiyyət müddəti bitir.
Yeni prezident səlahiyyətlərinin icrasına başlayan kimi Ermənistan parlamentinə baş nazir olacaq şəxsin namizədliyini təqdim edəcək. Parlamentdə isə bu məsələni çoxluq həll edir. Orada çoxluq da Serj Sarkisyanın əlindədir. Ona görə də yeni prezidentin gələcəkdə nələrsə edəcəyindən söhbət gedə bilməz”.



Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev isə deyib ki, Ermənistanda yeni prezidentin seçilməsinə baxmayaraq yenə də işğalçılıq siyasəti Serj Sarkisyan hakimiyyətində qalır və o, bunu davam etdirəcək.



“Ona görə də hesab etmirəm ki, bu barədə onların daxili siyasəti dəyişə. Amma onlar bilməlidirlər ki, nə qədər ki səhv yoldadırlar, o qədər də geri qalacaqlar. Əgər bu istiqamətdə onlar yenilik gətirmək istəsələr, əlbəttə bir çox hallar düzələr. Amma hər kəsə də bəllidir ki, Ermənistanda vəziyyət necədir. Onlar tamamilə başqa düşüncədədirlər. Bu da Ermənistanı uğurlardan kənar saxlayan amildir. Yaxşı olar ki, Ermənistan rəhbərliyi düşünsün və bütün məsələlərdə yeni yanaşmanı göstərə bilsin”.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, Ermənistanda son Konstitusiya dəyişikliyindən sonra ölkənin rəhbərinin çox məhdud səlahiyyətləri var.




“Ermənistanda real hakimiyyət baş nazirin əlində olacaq. Ermənistanın yeni prezidenti Armen Sarkisyanı da Serj Sarkisyan hakimiyyətə gətirib. Onu Serj Sarkisyanın əlaltısı kimi də qiymətləndirmək olar. İndidən erməni mətbuatı yazır ki, o lal, kar və kor president kimi tarixə düşəcək. Serj Sarkisyan isə hakimiyyətdə baş nazir kimi postu tutmağa çalışır. Necə ki, o, 2008-ci ildə öz xalqını gülləbaran edib vəzifəni mənimsəmişdi. Yenə də həmin hadisə təkrarlanacaq. Armen Sarkisyan Serj Sarkisyanın tapşırıqlarını icra edən fiqur olacaq. Ermənistanın siyasi həyatında yeni prezidentin xüsusi yeri olmayacaq. Hətta Ermənistanın prezidenti Ali Baş Komandan da deyil. Ermənistan Konstitusiyasına görə Ali Baş Komandan nə prezident, nə də baş nazirdir. Ali Baş Komandan ölkənin müdafiə naziridir. Yalnız hərbi əməliyyatlar zamanı baş nazir bu funksiyanı yerinə yetirə bilər”.


Deputat deyib ki, Ermənistanın yeni prezidentindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqedə olacağını gözləməyin mənası yoxdur.



“O, fərqli mövqenin daşıyıcısı olsaydı, prezident vəzifəsinə gəlib çıxmazdı. Sadəcə, o, Serj Sarkisyanın tapşırıqlarını, təlimatlarını yerinə yetirəcək və etiraz belə etməyə iradəsi çatmayacaq. Ona görə də hesab edirəm ki, yeni prezidentin fəaliyyətə başlaması ilə Ermənistan - Azərbaycan – Dağlıq Qarabağ münaqişəsinin həllində keyfiyyət dəyişikliyini gözləməyin mənası yoxdur. Onun Serj Sarkisyanın bəyanatlarını təkrarlayan bəyanatlar verəcəyi istisna deyil”.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter