Xocalı soyqırımından 26 il keçdi... - Professor Həvva Məmmədovanın təhlili

Siyasət / Təhlil / Manşet

8 523

Xocalı   soyqırımından  26 il keçdi... - Professor Həvva Məmmədovanın təhlili


Heydər Əliyev: “ Xalqımzızın qəhraman,igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O, da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, vətəninə sədaqətinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi,vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqrımdır- vəhşiliyin görünməmiş bir təzahürüdür.

Ermənistanın ərazi iddiaları və onunla birlikdə cərəyan edən separatizm işğalçılıq və soyqırımı siyasətinə çevrilərək SSRİ-nin dağılması və müstəqilliyin elan edilməsi dövründə Azərbaycanı ağır sınaqlarla üzləşdirdi.

Ermənilər tarixdə misli görünməmiş vəhşiliklər, XX əsrin ən dəhşətli faciəsini-Xocalı soyqırımını törətdilər. Bu gün Xocalı soyqrımından 26 il keçir. Xocalıda məhsum, günahsız insanlarımız XX əsrin ən dəhşətli faciəsini, soyqrımını yaşadılar. Əslində, Xocalı faciəsinə gedən yol XX əsrdən başlasa da, ancaq faciənin kökləri daha əvvələ gedir. I Rus – İran müharibəsi, II Rus –İran müharibəsi və bu müharibənin nəticəsi olaraq ermənilərin İrəvana, Yelzavetpol quberniyasına, o cümlədən Dağlıq Qarabağa köçürülməsi, ən gözəl, münbit torpaqlarda onların yerləşdirildiyi vaxtdan millətimizin faciəsi başlamışdır. Bu da bir alın yazısı, bir tarixdir ki, Azərbaycan xalqının taleyinə cörəyinı yeyən, suyunu içən nankor ermənilərlə qonşu yaşamaq qismət olmuşdur.

Azərbaycan ərazilərinə erməni təcavüzünün əsl mahiyyətini açmaq, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaların köklərini müəyyən etmək üçün Akademik R.Mehdiyevin 2000-ci ildə çapdan çıxmış əsəri çox maraqlıdır. Əsərdə qeyd edir ki, «Böyük Ermənistan» iddiasında olan ermənilərin Rusiyanın Cənubi Qafqaza ayaq basdığı gündən Azərbaycan xalqına qarşı həyata keçirilən bütün soyqırımlarına, o cümlədən 1905-1906-cı illər qırğınlarının, 1918-ci il Mart soyqırımının, sovet dövründəki bütün qanlı repressiyaların, 20 Yanvar qırğınının, Xocalı soyqırımının, bu gün də həll olunmamış qalan Dağlıq Qarabağ münaqişəsinin də əsasında məhz Rusiyanın imperiyapərəst, şovinist dairələri ilə erməni millətçilərinin ittifaqının durduğu siyasətdən bəhs edilir. R.Mehdiyev tarixi, həmçinin müasir planda, həm konkret faktlar, həm də elmi ümumiləşdirmələr əsasında Kreml rejiminin Dağlıq Qarabağın erməni separatçılarını açıq - aşkar himayə və müdafiə etməsini, Azərbaycana qarşı aparılan informasiya müharibəsini, Qərb dövlətləri və ABŞ-ın seyrçi mövqeyini, erməni diasporunun bu istiqamətdəki fəaliyyətini və s. bütün incəlikləri ilə açıb göstərir
Tarixi vərəqlədikcə gəldiyimiz qənaət və bir də tarix sübut etmişdir ki, ermənilər bir kütlə halında, hətta bir toplu halında hər hansı bir məkanda, məmləkətdə 50 ildən çox yaşayırsa oranı özlərinin əbədi tarixi torpağı, vətənləri sayırlar. Onlar bununla kifayətlənməyib, yaşadıqları torpağın aborogen sakinlərini sıxışdırmağa, ata-baba ocaqlarından qovub çıxarmağa, didərgin salmağa başlayırlar. Təssüflər olsun ki, ermənilər Azərbaycanda yerli azərbaycanlılara qarşı da həmişə belə mövqedə olublar.

İndi Avropanı, ermənilərin ən çox yaşadıqları olkələrin taleyini Azərbaycanın üzləşdiyi bir tale, qonaq yaşadıqları torpağı özünükiləşdirmək, yerli aborgenləri qovub oradan çıxarmaq, və sonra da bir saxta, qondarma tarix yazıb ortaya qoymaq kimi “sürpürüzlər” gözləyir.
Bu siyаsi gеdiş məкrli millətçiliк, milli münаqişə yаrаtmаq bахımındаn «yаrаrlı оlаn» еrməni idеоlоgiyаsının təbliğаt silаhınа çеvrildi. Еrmənilər üçün düşünülmüş strаtеgiyаnın həyаtа кеçirilməsinin üç istiqаməti müəyyənləşdirildi: tаriхi “əsаs” yаrаtmаq,dünyа ictimаiyyətini inаndırmаq, işğаl еtməк və işğаlа bərаət qаzаndırmаq.

ABŞ tarixçiləri C. və K.Makartinin «Türklər və erməniləri» adlı əsərində qeyd edirlər ki, Ermənistan adlı coğraft yer ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Ona görə də bu ərazinin adlırının hamısı türk mənşəlidir. Ermənilər isə onları zaman-zaman süni surətdə 1935-ci ildən dəyişməyə çalışmış və indiyədək bu prosesi davam etdirmişlər. Yerində yaranan yeni erməni adlarının əksəriyyətinin isə keçmiş erməni tarixi ilə heç bir əlaqəsi yoxdur. Onlar süni surətdə Azərbaycan dilindən erməni dilinə tərcümə edilməklə yaradılmışdır.

Tarixi baxımdan Xocalı faciəsinin tarixini təhlil edərkən bu faciənin bir neçə mərhələdən keçdiyinin şahidi oluruq. 1985 –ci ildə M.Qorbaçovun SSRİ rəhbərliyinə gəldiyi vaxtdan SSRİ adlanan nəhəng imperiyanın kökündən sürətlə dağılmağa başladığı bir dövrdə ermənilər bundan öz xeyrlərinə istifadə etməyi başladılar. Bundan sonra Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyev Kremldə tutduğu vəzifədən uzaqlaşdırıldı. M. Qarbaçovun iqtisadi məsələlər üzrə müşaviri, erməni A.Aqambekyan 1987-ci ilin ilk aylarında Fransada nəşr olunan “ Humanite” qəzetinə verdiyi müsahibədə bildirmişdi ki, Dağlıq Qarabağ ərazisi ermənilərindir və həyasızcasına ölkədə gedən “yenidənqurma” şəraitində tarixi ədavətin bərpa olunması ideyasını irəli sürmüşdü: “bir iqtisadçı kimi mən belə hesab edirəm ki, DQMV-i iqtisadi cəhətdən Azərbaycandan çox Ermənistana bağlıdır”.

Bundan istifadə edən erməni millətçiləri 1988-ci ildə özlərinin çoxdan hazırladıqları məkrli, qərəzli planlarını həyata keşirmək iddiasına düşdülər. Dünya erməni lobbisinə, erməni diasporuna və eləcə də Moskvanın erməni mafiyasına, xüsusən də ələ aldıqları M.Qorbaçova arxalanan bədnam daşnak partiyasının tör- töküntüləri Azərbaycan xalqının əzəli torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirmək üçün hər cür fitnə-fəsada əl atdılar.

1988-ci il fevralın 13-də saat 10-da ermənilər Xankəndində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbinə ilk minitinqlərini keçirdilər.
Hələ 1987-ci ildən Dağlıq Qarabağ Muxtar vilayətinin sosial-iqtisadi problemlərini bəhanə edən millətçi ünsürlər çirkin niyyətli planlarını həyata keçirməyə başlamışdılar. Bu SSRİ-də Mixayıl Qarbaçovun rəhbərliyi ilə “yenidənqurma” planının “həyata keçirilməsi” ilə başlanan mürtəce bir siyasət idi. Erməni mafiyası ölkədə yaranmış “münbit” şəraitdən istifadə edərək Dağlıq Qarabağ Muxtar vilayətinin Azərbaycan Respublikasının tərkibindən çıxarılması üçün erməni əhalisindən imzalar toplamağa başlamışdılar. Əslində xeyli vaxt idi ki, Azərbaycan hökumətinin Vilayətə nəzarəti demək olar ki, heçə yenmişdi. Bu hökuməti nəinki Vilayət rəhbərliyi, hətta ən kiçik məmurlar belə saya salmırdı. Bakıda isə bunu qulaqardına vururdular. Nəticədə vilayətin idarəetmə sistemində rəsmi Bakı öz funksional yerini rəsmi Yerevana təhvil verirdi. Respublikamızın sərvətləri və nemətləri Yerevana daşınırdı. “Mütəxəssiz adı ilə yüzlərlə daşnak vilayətə gətirilərək yüksək vəzifələrə təyin olunurdu. Yaradılmış “Qarabağ” və “krunk” kimi antiazərbaycan təşkilatlarının fəaliyyətləri genişləndirlirdi. Erməni millətçilərinin ideoloqlarından olan Kaputikyan, Xanzadyan, Petrosyan və b.erməni xalqına müraciət edərək onları “birliyə”, “həmrəyliyə”, “tarixi ədavəti” bərpa etmək uğrunda mübarizəyə çağırırdılar. Hadisələrin gərginləşməsində erməni yazıçısı Zori Balayanın , “Ocaq” kitabının da xüsusi rolu oldu.

Xocalı faciəsindən bizi 26 illik bir zaman ayırır. Keçilən yola nəzər saldıqda bir sıra məqamları yada salmaq yerinə düşərdi.Beləki Xocalı faciəsinə gedən yolun başlanğıcı 1990 il qanlı 20 yanvar faicəsi , 1991-ci il 20 noyabr Qara kənd üzərində vertalyotun vurulması və nəticədə Azərbaycanın hökumət və dövlət adamlarının faciəli şəkildə həlak olması, 1991-ci ilin oktyabrında tarixdə ikinci dəfə müstəqilliyinə nail olmuş Azərbaycan xalqının müstəqilliyinin itirilməsi təhlükəsi, 1992-ci ildə 28 yanvarda yeganə hava yolu olan Ağdam- Şuşa vertalyotunun vurulması və nəticədə 40 nəfər azərbaycanlının həlak olması... Bütün bunlar Azərbaycanın tarixi müstəqilliyinə yönəldilmiş bir soyqrım iddiası idi.

XX əsrin sonunda qondarma Dağlıq Qarabağ probleminin yaranmasılə və orada yaşayan azərbaycanlıların tarixi vətənlərindən həm didərgin salınması, həm də faciəsilə başa çatdı. Xocalı faciəsinə gedən yol bu dəhşətli faciələrdən keçmişdir.Xocalı faciəsi tarixdə bizə məlum olan Babiyar, Xatın, Xirosima,Liditse, Sonqimi faciələri ilə bir sırada durur.

Azərbaycan tarixinin qan yaddaşına həkk olunmuş ərazi iddiası, özgə torpaqları hesabına öz ərazisini genişləndirən ermənilər azərbaycanlılara qarşı yönəldilmiş genosidi, ən nəhayət XX əsrin sonunda Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin azərbaycanlılar yaşayan Xocalı adlı bir şəhərinin və digər azərbayjanlı kəndlərinin soyqırımı ilə başa çatdı. Əslində Xocalı şəhəri XX əsrdə üç dəfə belə soyqırımına məruz qalmışdır. 1905-1906, 1918-1920, 1988-1992-ci illərdə Xocalı adlı bir yaşayış məntəqəsi yerlə-yeksan edildi.

1992-ci ilin fevralın 25-dən 26- keçən gecədə Rusiyanın 366-ci motoatıcı alayı ilə ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu.Tariximizə Xocalı soyqrımı kimi həkk olan bu qanlı faciə minlələ azərbaycanlının məhv edilməsi, əsr alınmas, şəhərin yerlə- yeksan edilməsi ilə başa catdı.

Millətçi separatçı ermənilərin Dağlıq qarabağda başladığı avantürüst hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmışdır. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, şikəst olmuşdur.

XOCALI SOYQIRIMI ZAMANI 613 nəfər azərbaycanlı, o cümlədən 106 QADIN, 63 UŞAQ, 70 QOCA vəhşicəsinə qətlə yetirilmişdir. 59 nəfər XÜSUSİ QƏDDARLIQLA QƏTLƏ YETİRİLMİŞDİR. (Diri-diri yandırılmış, başının dərisi soyulmuş, boynu vurulmuş, gözləri çıxarılmış və... hamilə qadınların qarnı süngülənmişdir.) 8 AİLƏ tamamilə MƏHV edilmişdir. 25 uşağın valideyninin hər ikisi qətlə yetirilmişdir. 130 uşağın valideynlərindən biri qətlə yetirilmişdir. 76 uşaq şikəst edilmişdir.1275 nəfər əsir və girov götürülmüş, 150 nəfər qız-gəlinin taleyi isə bu günədək naməlum olaraq qalır...Soyqırım zamanı 487 nəfər şikəst edilmişdir.


8 AİLƏ XOCALI FACİƏSİ ZAMANI TAMAMİLƏ MƏHV OLMUŞDUR


1. 1. Məmmədov Vaqif Şükür oğlu - ata 1940
2. Məmmədova Afilə İbrahim qızı - ana 1949
3. Məmmədov Ceyhun Vaqif oğlu - oğul 1972
4. Məmmədov Azər Vaqif oğlu - oğul 1975
5. Məmmədov Niyaməddin Vaqif oğlu - oğul 1978

2. 1. Kərimov Samran Soltan oğlu - ata 1924
2. Kərimova Firəngül - ana 1935
3. Kərimov Frunz Samran oğlu - oğul 1960
4. Kərimov Soltan Samran oğlu - oğul 1969

3. 1. Əliyev Firdovsi İsa oğlu - ata 1956
2. Əliyeva Heyran Mürşüd qızı - ana 1962
3. Əliyev Elçin Firdovsi oğlu - oğul 1982
4. Əliyev Elgiz Firdovsi oğlu - oğul 1984

4. 1. Qənbərov Qarsalan Gəray oğlu - ata 1939
2. Qənbərova Validə Boran qızı - ana 1941
3. Qənbərov Nadir Qarsalan oğlu - oğul 1971

5. 1. Qənbərov Səfər Qarsalan oğlu - ata 1961
2. Qənbərova Mətanət Hajı qızı - ana 1967
3. Qənbərov Emin Səfər oğlu - oğul 1986
4. Qənbərova Esmira Səfər qızı - qız 1985

6. 1. Hüseynov Mirsiyab Həzrətqulu oğlu - ər 1922
2. Hüseynova Minəş Jümşüd qızı - arvad 1934

7. 1. Həsənova Günəş Əbdül qızı - ana 1910
2. Həsənova Qətibə Msirsiyab qızı - qız 1951


8. 1. Hüseynov Hüseyn İsmayıl oğlu - ata 1934
2. Hüseynova Əziz Alış qızı - ana 1956
3. Hüseynov Xoşbəxt Hüseyn oğlu - oğul 1963
4. Hüseynova Nəsibə Hüseyn qızı - qız 1982
5. Hüseynov Tacir Hüseyn oğlu - oğul 1972 (5.s.93)


Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 nəfər əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıda yerləşirdi. Xocalı əhalinin tarixən məskunlaşdığı qədim yaşayış yerlərindəndir və qədim (tarixi) abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII yüzillərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin, Xocalı ərazisində memarlıq abidələri - dairəvi qəbir və movzoley (XIV yüzil) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən hazırlanmış ev əşyaları və s. tapılmışdır.(Ərazidən tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788- ci illər) adı yazılmışdır.

Tarixi abidələrimiz,qədim yaşayış məskənlərimiz ermənilər tərəfindən yerlə-yeksan edilir, və yaxud restavrasiya adı altında erməniləşdirilir. Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş rayonlarımızda qədim yaşayış məskənlərimizə, tarixi abidələrimizə qarşı sözün əsl mənasında soyqırım həyata keçirilir.

Xocalı faciəsindən 26 il keçməsinə baxmayaraq hələ də Xocalı faciəsində əli qocaların, körpələrin, qız-gəlinlərin qanına batmış Ermənistanın eks prezidenti R. Koçaryan, hazırki prezidenti S. Sarkisyan, müdafiə naziri S.Ohanyan Beynəlxalq Məhkəmənin qanunları ilə hələ də cəzalandırılmamışdılar.

Xocalı faciəsinə başçılıq edən Serj Sarkisiyan verdiyi müsahibələrində bir daha bu vəhşiliyi, bu qəddarlığı törədən “qəhrəman ” kimi utanmadan, çəkinmədən danışır. “BBC”,”Moscou Times” və “The Times of London” mətbuat agentliyində çalışan jurnalist “Çornıy Sad” kitabının müəllifi Tomas de Vaala verdiyi müsahibəsində yazır: Hazırkı Ermənisatan prezidenti Serj Sarkisiyandan Xocalının işğalı barəsində soruşduqda o, ehtiyatla cavab vermişdir: ”Biz bu haqda danışmaq istəməzdik. Qurbanların sayına gəlincə, onun sözlərinə görə, rəqəmlər təhrif olunaraq şişirdilmişdir, bundan əlavə qaçan azərbaycanlılar silahlı müqavimət göstərmişlər. Lakin baş vermiş hadisələrə dair fikrini Sarkisyan daha doğru və sərt şəkildə bildirmişdir:” Düşünürəm ki, əsas məsələ başqa şeydədir. Xocalı olayına qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Biz bu yanlış sindromu sındıra bildik. Baş verənlər göz önündədir. Bir də onu nəzərə almaq lazımdır ki, həmin oğlanlar arasında Bakı və Sumqayıtdan qaçan oğlanlar da var idi”.

Bu gün Xocalı faciəsi zamanı şəhid olmuş, əsirlik həyatı yaşamış, itkin düşmüş, həm də baş verən dəhşətli faciələri öz gözləri ilə görən şahidləmiz vardır.İstərdim ki, şəxsən müsahibə gördüyüm bir neçə insanların taleyində baş verən faciələri bir daha nəzərdən keçirək. Qadınlara, uşaqlara elə işgəncə verirdilər ki, tam olaraq çatdırmaq mümkündeyil. Bu fikirlər Xumar Səlimovaya məxsusdur. Mən yalvarıb ağlayırdım ki, qardaşlarımı öldürmüsünüz,məni də öldürün. Erməni isə deyirdi: sizi hələ öldürməyəcəm, əzab verəcəm, iniltinizi eşitməkdən ləzzət alıram. Mənim adım Sanveldir. Mən sizlərin yadında ancaq bu cür işgəncə verən bir insan kimi qalmalıyam. Sanvel qadınlarımızı döyə-döyə deyirdi: siz indiyə qədər niyə Xocalıda qalmısınız? Sizə dörd ildir deyirik ki,çıxın rədd olun gedin, bu torpaqlar bizim olmalıdır...

Yanımızda yaşlı qocalar da çox idi. Bir qocanın üstünü gəzərkən onun çəkməsindən bıçaq çıxdı. Qocanın körpə nəvəsi də yanında idi. Bu zaman qoca kişini uşaqla birlikdə insanların gözü qarşısında güllələdilər. Sonra isə üstünə qranat ataraq ölmüş insanın meyitini parçalayıb düzlərə səpələdilər. Bundan sonra qalanları Əsgərana, əsir düşərgəsinə apardılar. Əsirlikdə yaşadığımız dəhşətləri isə saymaqla bitməz. Onlar siqareti yandırıb bizim bədənimizə basırdılar. Onlar sanki adam deyildilər, vəhşi idilər. Çünki etdikləri vəhşilikdən ləzzət alırdılar, sanki qəhrəmanlıq ediblərmiş kimi sevinib, gülürdülər...

B. Mustafayeva:- Qəflətən Xocalının yandığını görüb yaş yarımlıq körpəm Aliməni qucağıma götürüb küçəyə çıxdım. Hər tərəf tüstü-dumana qarışmışdı. Anaların, uşaqların harayından qulaq tutulurdu. Bu zaman həyat yoldaşım Rza postdan həyacanla gəldi. Uşaqlarımızı götürüb üz tutduq meşəyə. Dəhşətli qorxudan geri qayıdıb əynimizə isti paltarlarımızı belə götürə bilmədik. Böyük insan axınına qarışıb Qar-qar çayından keçərək şumlanmış əkin sahəsi ilə gedirdik. Bir xeyli getdikdən sonra Kətik meşəsinə çıxdıq. Birdən uşaq qucağımdan kolun üstünə düşdü. Uşağın üz-gözünü tikan didik-didik etmişdi. Belə bir gecədə uşaqların səsini kəsmək mümkün deyildi. Getdiyimiz dəstənin içərsindən bir neçə kişi irəli çıxıb dedi ki, kimin körpə uşağı varsa boğub öldürsün. Mən özümü itirdim. Bunu görən Rza bu zaman uşağın başını sinəsinə bərk-bərk sıxaraq uşağın səsini kəsmək istədi və mənə dedi ki, dayan bir az uşağın səsini kəsək sonra yolumuza davam edərik.

Kişilər döyüşə-döyüşə irəliləyirdilər. Qız-gəlinlərin əsir düşməməsi üçün uşaqların səsini kəsmək lazım idi. Yarım saat keçəndən sonra yolumuza davam etdik. Səhərə yaxın gəlib meşənin yaxınlığında bir yola çıxdıq. Elə oradaca oğlum Vaqifi, sonra isə həyat yoldaşım Rzanı güllələdilər, ailəmiz bir-birindən ayrı düşdü. Bundan sonra heç birindən xəbərim olmadı. Qucağımdakı uşaqla insan axınına qarışıb irəlilədim.

Bir xeyli getmişdik ki, meşəyə çatdıq. Meşədə ermənilərə əsir düşdük. 250-300 nəfər olardıq. Ermənilər ilk əvvəl Milli ordunun əsgərlərini seçib aparıb camaatın gözü qarşısında hündür bir dağın üstündə güllələdilər. Kim başını qaldırıb güllələnmiş ərinə, oğluna baxırdısa onu dəhşətli igəncə gözləyirdi. Elə bu zaman ağacın arxasından bu hadisəni görən Milli ordunun əsgəri Araz Səlimov əlindəki avtomatla ermənilərə atəş açdı. Lakin, ermənilər Arazı ələ keçirdilər. Əsir düşmüş insanların arasında Arazın anası və bacısı da var idi. Ermənilər bütün insanları bir yerə yığıb onların ortasına qranat atdılar. Başı, bədəni kəsilmiş insan əzaları göydə oynayırdı. Mən dəhşətli işgəncənin şahidi oldum, huşumu itirdim və bir xeyli vaxtdan sonra ayıldım ki, körpə uşağım qucağımdan 10 metr aralı düşüb qalıb. Bir döşümü, uşağın ayağının altını qranat aparmışdı. Gözümün qarşısında biz qadınları təpiklə, avtomatın qundağı ilə elə döyürdülər ki, hıçqırtıdan, iniltidən qulaq tutulurdu. Bizi bu vəziyyətə salan erməni bandasının başçısı Sanvel idi. Bizə deyirdi ki, mən sizə elə bir işgəncə verməliyəm ki, nə qədər yaşasanız bu işgəncəni unutmayasınız. Bədənimizin hər yerində yandırılmış siqaret basılmışdır.

"ATAMI, ANAMI GÖZLƏYİRƏM...» İndi Xocalıdan olan uşaqların hansı birindən soruşsan, ağlı kəsənlər o müdhiş gecənin dəhşətlərindən danışacaqlar. Onlardan biri də Həmayil Tahir qızı Xəlilovadır. Xocalı hadisəsindən sonra, Bakı şəhərinə gələn bu uşaqla görüşdüm. Həmin vaxt onun 6-7 yaşı olardı. Ancaq düşüncəsi, danışığı... sözlə deyiləsi deyildi. Bu uşaq bir an olsun belə o faciəli gecəni unuda bilmir. Xatırladıqca göz yaşı durmadan axır, axır və atası ilə vidalaşma səhnəsini danışanda bir körpənin yaşadığı iztirablar adamı dəhşətə gətirir, göz yaşlarımızı boğa bilmirik... Həmayilin dediklərindən: "Biz üç bacı idik. Həmin günlər mənim yaddaşıma əbədi həkk olunub.Biz ailəmizlə birlikdə meşəyə qaçdıq. Atam mənim əlimdən tutmuşdu. Bacımın birini anam, birini isə nənəm götürmüşdü. Bir az keçmişdi, uşaqlar ağlamağa başladılar. Atılan mərmilərdən gecə olmasına baxmayaraq hər tərəf aydın görünürdü. Qrad mərmiləri göydən yağış kimi yağırdı. Xeyli getmişdik ki, anamdan, nənəmdən ayrı düşdük. Mən atamın əlindən tutmuşdum. O gecə elə bir təbiət qan ağlayırdı. Çoxlu qar yağmışdı, şaxta adamı kəsirdi. Atam gah mənim əlimdən tutur, gah da döyüşürdü. Biz səhər açılana qədər qaçdıq. Hündür bir təpənin üstündə ermənilər atamı güllə ilə vurdular. Atam yıxıldı. Halı get-gedə pisləşirdi, heç sürünə də bilmirdi. Erməni silahlıları çox yaxında idi. Mən atamın yanında oturdum, soruşdum ki, ağrıyan yerin varmı, dedi yox, heç bir yerim ağrımır. Atam uzanıqlı halda qalmışdı. Bizə yaxın olan Kamal dayı ona kömək etmək istədi. Ancaq o, ayağa dura bilmədi. Atam ondan xahiş etdi ki, mənim qızımıda Ağdama doğru apar özünlə, qoyma burda qalsın, ələ keçər, öldürərlər... Mən bir az aralanmışdım ki, atam "bəs sən atanı öpmədin?" deyə məni geri çağırdı. Aman Allah... Qayıdıb atamın boynunu qucaqladım, üzündən öpdüm. O da mənim üzümdən öpdü, dedi, get, qızım, mən də gələcəm. O, mənim üzümdən sonuncu dəfə öpdü. Bu mənim atamla son vida görüşüm, son atalı anlarım idi. O səhnə heç vaxt gözlərimin önündən getmir..." Həmayil hıçqırıqlarını boğaraq sözünə davam edir: "...

Erməni silahlıları gecə evlərimizə hücum edəndə, atəş altında, güllə yağışı altında o qaçhaqaçda anam Zərifədən və körpə bacım Lalədən, babam Qaçaydan ayrı düşmüşdük. Sonradan məlum oldu ki, onların hamısını vəhşicəsinə qətlə yetiriblər. Uşaq yaşlarımdan həm anamı həm də atamı özü də belə dəhşətli şəkildə itirməyim mənim üçün çox ağırdır. Hərdən Xocalı soyqırımının videolentləri göstəriləndə işkəncə ilə qətlə yetirilmiş anamın, atamın, bacımın, babamın meyitlərini görürəm. Ancaq məni ən çox incidən dünya ictimaiyyətinin bizim kimi uşaqların yaşadıqları bu dəhşətli faciələrə, bizim əzablarımıza laqeyidliyidir. Bizim nə günahımız var idi? Biz atasız-anasız böyüməyə məcbur olduq. Bunu törədənlər isə neçə illər keçib amma hələ də cəzasını almayıblar. Bəs ədalət hardadır? Atamın-anamın başqa cür qoxusu var idi. Mən o qoxunu heç kəsdən ala bilmirəm. Həmişə o qoxu üçün darıxıram.

1993-cü ilə kimi Xocalı soyqrımına siyasi qıymıt verilmədi. Xocalıya siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verdi. 1994-cü ildə sağ qalan, o mühdiş gecənin fəlakətindən qurtaran insanlarla görüşdü. Onların dərdinə şərik oldu. Onların bütün problemlərinin həllini dövlətin üzərinə götürdü.

Hər il 26 fevral gününü milli matəm günü elan etdi. Dünya dövlətlərinə müraciət etdi. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra
azərbaycanlıların XX əsrdə soyqırıma, deportasiya məruz qalması ilə bağlı fərmanlar verdi. Bu fərmanlarda bir daha göstərilirdi ki, ki, xalqımızın başına gələn müsibətləri unutmaq olmaz.

Hər il Xocalı faciəsi dünyanın 80-dən artıq ölkəsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva, Fondun Moskva nümayəndəsi və vitse Prezidendi Leyla xanım Əliyeva tərəfindən yüksək təşkilatçılıqla həyata keçirilir.

1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk Beynəlxalq Təşkilat İslam Konfransı Təşkilatıdır. Leyla xanım Əliyeva İKT daxil olan ölkələrlə birlikdə Xocalıya ədalət kompaniyası davamlı olaraq həyata keçirilir. Nəticə də ondan ibarətdir ki, Okeanın o tayında, Avropada və bir sıra ölkələrdə Xocalı faciəsini soyqırım kimi tanıyan dövlətləri sayı getdikcə artır.

Artıq Xocalı faciəsindən 26 il keçir. İllər ötüb keçəcək. Ancaq nə Xocalı dərdi, nə də Xocalıların naləsi yaddan çıxmayacaq. Bu dərd soyumayacaq. Xocalı faciəsi bizim qan yaddaşımızdır. Gələcək nəsillərimiz o müdhiş gecəni – 26 fevralı unutmayacaqdır.

Bu faciənin tarixi kökləri öyrənilməli, Xocalı soyqırımı elmi tədqiqatlarda araşdırılmalı, bu barədə çoxlu əsərlər yazılmalı, xarici dillərə tərcümə olunmalıdır.

Əbədi olaraq dünyanın yaddaşına həkk olunmalıdır bu faciə, Xocalı....



Xocalı   soyqırımından  26 il keçdi... - Professor Həvva Məmmədovanın təhlili
Xocalı   soyqırımından  26 il keçdi... - Professor Həvva Məmmədovanın təhlili

Havva Məmmədova
t.e.d. professor

VOİCEPRESS.AZ

Ранее » Tehran görüşü: üç ölkə irəliyə doğru önəmli addım atdı