"Global Village" beynəlxalq tədbirində Azərbaycanın da iştirakına dair razılıq əldə edildi...

Siyasət / Manşet

4 284

VOİCEPRESS-in verdiyi xəbərə görə, Azərbaycanın BƏƏ-də fövqəladə və səlahiyyətli səfiri cənab Daşqın Şikarov Dubayda hər il keçirilən nəhəng "Global Village" beynəlxalq mədəniyyət və ticarət festivalının baş direktoru Bader Anvahi ilə görüşüb. Görüşdə hər il beş milyondan çox ziyarətçinin gəldiyi festivalın imkanları müzakirə edilib, Azərbaycanın iştirakı haqqında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra festivalın rəhbəri və əməkdaşları, səfir cənab Daşqın Şikarov, Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev və səfirliyin birinci katibi Sabir Rzayevi festival və onun pavilyonları ilə tanış etmiş, bu möhtəşəm tədbirin müxtəlif əyləncə və satış imkanları ilə tanış etmişlər.

Görüşün yekunu üzrə Azərbaycanın festivalda iştirakı istiqamətində iş aparılması barədə razılıq əldə edilmişdir.


"Global Village" beynəlxalq  tədbirində Azərbaycanın da iştirakına dair razılıq əldə edildi...
"Global Village" beynəlxalq  tədbirində Azərbaycanın da iştirakına dair razılıq əldə edildi...
"Global Village" beynəlxalq  tədbirində Azərbaycanın da iştirakına dair razılıq əldə edildi...
"Global Village" beynəlxalq  tədbirində Azərbaycanın da iştirakına dair razılıq əldə edildi...


VOİCEPRESS.AZ


Ранее » Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər« Далее Prezident İlham Əliyev: "Ermənistanın riyakar və qeyri-konstrukt...