Akif Nağı seçkilərə qatılacaq

Siyasət / Manşet

1 053

Akif Nağı seçkilərə qatılacaq
Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisi və Ağsaqqallar Şurasının birgə iclası keçirilib. QAT mətbuat xidmətindən VOİCEPRESS.AZ-a bildirilib ki, iclasda əvvəlcə təşkilati məsələlərə baxılıb, yeni seçilmiş rayon şöbə sədrləri Tofiq Sadıqov (Tovuz), Telman Qəhrəmanov (Ağstafa), Babək Sadıqov (Tərtər), Bəşir Hacıyevin (Xaçmaz) səlahiyyətləri təsdiq olunub, Məlahət Mürşüdlü, Vidadi Turablı, Rasim Hüseynov Ali Məclisə sərbəst üzv seçiliblər. QAT-ın bəzi yeni üzvlərinə üzvlük vəsiqəsi də təqdim olunub.


Sonra QAT sədri Akif Nağının prezident seçkilərində iştirak etməklə bağlı təşəbbüsü müzakirə olunub. Hərtərəfli müzakirələrdən sonra Ali Məclis və Ağsaqqallar Şurası üzvlərinin əksəriyyəti Akif Nağının seçkilərdə iştirakını məqsədəuyğun hesab edib və özlərini Akif Nağının namizədliyini dəstəkləyən təşəbbüs qrupu elan ediblər.


Akif Nağı bu qərarla bağlı bildirib: “Çıxışlarda seçkilərdə iştirak etmək və ya etməməklə bağlı kifayət qədər arqumentlər gətirilirdi. Sonda əksəriyyət seçkilərdə iştiraka səs verdi. Mən toplantı iştirakçılarının qərarına hörmətlə yanaşıram. Həm təşkilatımızda, həm də fikirlərinə hörmətlə yanaşdığım təşkilatdan kənarda olanların seçkilərdə iştirakla bağlı əks fikirlərinə də hörmətlə yanaşıram. Mənim seçkilərdə iştirakıma qarşı olanları da, hər kəsi də inandırıram ki, biz öz təşəbbüsümüzlə hərəkət edir və yalnız müsbət niyyət güdürük. Niyyətimiz Qarabağın hərbi yolla azad edilməsi ideyasının təbliğindən ibarətdir. Bizə süni maneələr yaratmasalar axıra qədər, ya da seçkilərin hansı mərhələsinə qədər buraxsalar, o yerə qədər ədalətli müharibə təbliğatı ilə məşğul olacağıq. İnanırıq ki, Azərbaycan hökmən müharibə yolunu seçəcək”.

VOİCEPRESS.AZ


Ранее » Azay Quliyev: "Göyçə, Zəngəzur, İrəvanın tarixi, mətbəxi......« Далее Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər