Azay Quliyev: "Göyçə, Zəngəzur, İrəvanın tarixi, mətbəxi..."

Siyasət / Manşet

855

Azay Quliyev:
QHT-lərə Dövlət Dəstəyi Şurasının tezliklə elan edəcəyi 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin öyrənilməsinə və təbliğinə həsr olunacaq.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu bunu Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin YAP-ın VI qurultayında Azərbaycanın tarixi torpaqları ilə bağlı səsləndirdiyi çağırışlara münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, İlham Əliyevin “İrəvan və Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır, ora qayıtmaq bizim strateji hədəfimizdir” sözləri təkcə ölkədə deyil, həmçinin dünya mediasında da geniş müzakirələrə səbəb olub.

VOİCEPRESS.AZ


Ранее » Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq pla...« Далее Akif Nağı seçkilərə qatılacaq