ASRP-nin qurultayında məktəbli qızın ürək sözləri hər kəsi duyğulandırdı...

Siyasət / Manşet / Azərbaycan Sosial Rifah Partiyası

2 295

ASRP-nin qurultayında məktəbli qızın ürək sözləri hər kəsi duyğulandırdı...

15 fevral tarixində Azərbaycan Sosial Rifah Partiyasının qurultayında məktəbli qızın çıxışı hər kəsi duyğulandırdı.

VOİCEPRESS-in verdiyi məlumata görə, qızcığaz 20 saylı orta məktəbin şagirdi Gülnur Ağakişiyevadır. Qurultayda çıxış edən Gülnur Atakişiyeva nitqinə, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlığa müraciəti ilə "Xanhüseyn baba" deyərək başlayıb.

Həmin təsirli və bir uşağın dili ilə səsləndirilən o səmimi nitqi diqqətinizə çatdırırıq:

" Mən Ağakişiyeva Gülnur bütün qurultay iştirakçılarını salamlayıram!

Xanhüseyn baba məni Azərbaycan Sosial Rifah Partiyasının 8-ci qururltayına dəvət edən də, mən də sizlər üçün kiçik bir çıxış hazırladım. Əliboş gəlməyim deyə... Düzdür mənim qurultaydakı işlərin gedişatından, hesabatlardan o qədər də anlayışım yoxdur . Amma mən bilirəm ki, Xanhüseyn baba və partiyada təmsil olunan mənim idmançı atam xalqımız üçün çalışırlar.Gözəl vətənimiz Azərbaycana xidmət edirlər. Xanhüseyn babamız mütəmadi olaraq bizlərər Heydər babamız haqqında söhbətlər edir. Mən də Heydər baba haqqında bir neçə cümlə, daha sonra kiçik bir şeirlə öz çıxışımı yekunlaşdırmaq istəyirəm.

Heydər babamız bizim üçün çox böyük işlər görmüşdür. Müstəqil Azərbaycan dövlətini qurmaq Heydər babamıza heç də asan başa gəlməyib. O 90 cı illərdə həm daxili, həm də xarici düşmənlərər qarşı mübarizə aparıb. Dövlətimizin parçalanmasına izin verməmişdir. Bu günkü gün belə Azərbaycanın hər sahəsindəki inkişaf tendensiyaları: tibb, turizm, idman, hüquq mühafizə orqanları və sairə kimi sahələrin inkişafına görə bizlər Heydər babamızın məqsədyönlü siyasətinə və onun layiqli davamçısı, modern İlham Əliyevə borcluyuq.

Nə müddətdir könlüm yaman darıxır,
Gözlərim hər yerdə Səni axtarır.

Nə qaçım calışım Sənə yetmərəm,
Sənsiz həyatda kimsəsizəm mən.

Xəyalım dolanır göylərin qatında,
Axtarır Səni ey Ulu Öndər.

Bu bir ayrılıqdır sonu görünməz,
Sirli dünyamızdır yolu bilinməz,
Ora gedən birdə geriyə dönməz,
Tanrı dərgahında axtarır Səni.
Ey Ulu Öndər,

Xalqını çıxartdın ağ günə demək,
Bəhərin dadmağa qoymadı fələk,
İlhamdır gərək dövlətə xalqına,
İlhamdır gərək!

Diqətinizə görə çox sağolun!"


Qeyd edək ki, Gülnur Ağatkişiyeva ASRP-nin sıralarında təmsil olunan, vaxtı ilə tanınmış idmançılardan olan, vətənpərvər Azərbaycan oğlu Əhməd Atakişiyevin qızıdır.



ASRP-nin qurultayında məktəbli qızın ürək sözləri hər kəsi duyğulandırdı...


İlahə Bakıxanova
VOİCEPRESS.AZ

Ранее » Azərbaycan Sosial Rifah Partiyasının qurultayı baş tutdu« Далее Millət vəkili akdemik Arif Paşayevin doğum gününü təbrik etd...