İlham Əliyevin prezidentliyə namizədliyi təsdiqləndi

Siyasət / Manşet

189

İlham Əliyevin prezidentliyə namizədliyi təsdiqləndi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirəyə çıxarılıb.

VOİCEPRESS-in verdiyi xəbərə görə, MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyevin prezidentliyə namizəd kimi təsdiq olunması üçün əsaslar mövcuddur. Daha sonra qərar səsverməyə çıxarılıb və MSK üzvləri İlham Əliyevin prezidentliyə namizədliyini təsdiq ediblər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.





VOİCEPRESS.AZ


Ранее » Milli Məclisdə qalmaqal: "Çıxış-zad etmək fikrim yoxdur"« Далее ABŞ Ermənistanı sanksiya ilə hədələdi