Ziyad Səmədzadə: “Çıxışım bəzi saytlar tərəfindən təhrif olunmuş şəkildə çatdırılıb”

Siyasət / Manşet

999

Ziyad Səmədzadə: “Çıxışım bəzi saytlar tərəfindən təhrif olunmuş şəkildə çatdırılıb”
"Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sistemli dövlət tənzimlənməsidirsə, digəri həmin sistemli dövlət tənzimlənməsinin həyata keçirilməsidir". VOİCEPRESS-in verdiyi xəbərə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə fevralın 13-də Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffadlıq, inkişaf" adlı konfransdakı çıxışının bəzi mətbuat orqanlarında təhrif edilməsinə münasibətini bildirərkən deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti eyni zamanda, ölkədə aqrar sektorun dayanıqlı və davamlı inkişafı üçün dünyada özünü doğrultmuş iqtisadi mexanizmlərdən istifadə edir: “Bu istiqamətlərdən biri də ondan ibarətdir ki,ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, aqrar sektorun davamlı inkişafına dəstək üçün kənd əməkçilərinə bir sıra istiqamətlərdə kömək edilir. Bu köməkliklərdən biri də kənd təsərrüfatının torpaq vergisindən başqa bütün vergilərdən azad olunmasıdır. Artıq respublikamızda kənd əməkçilərinə bu dəstək, bu həvəsləndirmə neçə illərdir ki, davam etdirilir və bundan sonra da davam etdiriləcək”.




VOİCEPRESS.AZ


Ранее » “Əlillər işlə bağlı ciddi problemlə üzləşirlər”-Qənir...« Далее “Qarabağda irimiqyaslı müharibə gözlənilir” - ABŞ Milli Kə...