NAZİR MÜAVİNİ MİLLİ MƏCLİSDƏ HESABAT VERDİ: “BƏLƏDİYYƏLƏRDƏ CİDDİ QANUN POZUNTULARI..."

Siyasət / Manşet

450

NAZİR MÜAVİNİ MİLLİ MƏCLİSDƏ HESABAT VERDİ: “BƏLƏDİYYƏLƏRDƏ CİDDİ QANUN POZUNTULARI...
Milli Məclisin iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edib. Sherg.az-ın xəbərinə görə nazir müavini bildirib ki, 2017-ci ildə 2636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub:

"Bunların bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb. Ötən il torpaq qanunvericiliyinin pozulması halları əvvəlki ilə nisbətən 3 dəfədən artıq azalıb. Ötən il Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekstertizadan keçirilib, 1979 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Bundan sonra qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib”.

Nazir müavini vurğulayıb ki, bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları da müəyyən olunub: "24 belə fakt olub,həmin faktlara hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq mühafizə orqanlarına göndərilib. Belə ciddi faktlar Tərtər rayonunun Ərkipara, Şəmkir rayonunun Yeni Həyat, Ağstafa rayonunun Köçəsəsgər, Masallı rayonunun Qarğalıq, Bərdə rayonunun Qaradağlı bələdiyyələrində, Zərdab rayonununda və başqa bələdiyyələrdə aşkar edilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb”. Onun sözlərinə görə, 2017-ci ildə bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub ki, bu da 2016-cı illə müqayisədə 7 dəfə azdır.




VOİCEPRESS.AZ

Ранее » ÇİNGİZ QƏNİZADƏDƏ BƏLƏDİYYƏLƏRLƏ BAĞLI FAKTLAR VAR« Далее Azad Cabbarov: "Gənclər bu qədim diyarı yenidən kəşf etmək ü...