ÇİNGİZ QƏNİZADƏDƏ BƏLƏDİYYƏLƏRLƏ BAĞLI FAKTLAR VAR

Siyasət / Manşet

540

ÇİNGİZ QƏNİZADƏDƏ BƏLƏDİYYƏLƏRLƏ BAĞLI FAKTLAR VAR
Milli Məclisin iclasında deputat Çingiz Qənizadə bələdiyyələrin fəaliyyətindən danışıb.

VOİCEPRESS-in verdiyi xəbərə görə, Ç.Qənizadə xatırladıb ki, "İctimai iştirakçılıq haqqında” qanun qəbul edilməzdən 7-8 il öncə Ədliyyə Nazirliyində ictimai komitə yaranmışdı:

"Burada aparılan islahatlar şəffaflıq, ictimai komitənin üzvlərinin iştirakı ilə həyata keçirilir. Ona görə də Ədliyyə Nazirliyinin digər orqanlarında müəyyən ictimai bnəzarəti həyata keçirməklə bağlı həm də bələdiyyələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən orqanın fəaliyyəti ilə də yaxından tanışam. Mən bugünkü hesabata qədər də müəyyən faktlara malik idim. Bu qurumda son illərdə aparılan işlər birdən-birə sıçrayışla özünü göstərməyə başladı.

Biz bir fakta nəzər salsaq görərik ki, 2017-ci ildə inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinə daxil olmuş 62618 bələdiyyə aktının baxılması, buna qiymət verilməsi bu orqanda nə qədər ağır iş yükünün olması deməkdir. Yəni, bunlardan təxminən 60 mininə baxılıb və müsbət dəyərləndirilib. Amma yerdə qalan 740-ı ləğv edilib, 714-ü dəyişdirilib və bir neçəsi isə məhkəməyə göndərilib. 60 min ərizəyə bir orqan tərəfindən yoxlanılması ciddi faktdır”.




VOİCEPRESS.AZ

Ранее » DEPUTATDAN QINAQ: “İCRA HAKİMİYYƏTLƏRİ BU QANUNSUZLUQLARI BƏL...« Далее NAZİR MÜAVİNİ MİLLİ MƏCLİSDƏ HESABAT VERDİ: “BƏLƏDİYYƏ...