DEPUTATDAN QINAQ: “İCRA HAKİMİYYƏTLƏRİ BU QANUNSUZLUQLARI BƏLƏDİYYƏLƏRİN ƏLİ İLƏ GÖRDÜRÜR”

Siyasət / Manşet

171

DEPUTATDAN QINAQ: “İCRA HAKİMİYYƏTLƏRİ BU QANUNSUZLUQLARI BƏLƏDİYYƏLƏRİN ƏLİ İLƏ GÖRDÜRÜR”
"Hər il müvafiq dövlət qurumu bələdiyyələrlə bağlı keçirilən tədbirlər barədə hesabat verir, lakin onların ölkə həyatındakı rolunun artırılması istiqamətində hökümətdən qanun layihələri parlamnetə daxil olmur”.

VOİCEPRESS-in verdiyi xəbərə görə, bu sözləri deputat Qüdrət Həsənquliyev parlamentdə "Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Millət vəkili qeyd edib ki, ölkə prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək verir, lakin bələdiyyələr onların fəaliyyətinə mane olur:

"Bəzən sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir. Bütün sənədlər hazır olanda bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli İcra hakimiyyətiləri ilə birlikdə cinayət sövdələşməsinə gedib sahibkarların marağına toxunurlar. Bələdiyyə sədrləri ərazidəki sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra o materialların pulu verilmir. Hesab edirəm ki, Ədliyyə Nazirliyi bu qanunsuzluqarın qarşısının alınmasında xüsusi rol oynamalıdır.

Çox zaman icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür. Mənə bir diş həkimi müraciət etmişdi, onun obyektini qanunsuz halda icra hakimiyyəti tərəfindən sökülmüşdü. Bələdiyyə isə bu məsələdə vətəndaşın tərəfində olmur”.




VOİCEPRESS.AZ

Ранее » PREZİDENT FORMULA-1 QRUPUNUN BAŞ İCRAÇI DİREKTORUNU QƏBUL EDİB - YENİL...« Далее ÇİNGİZ QƏNİZADƏDƏ BƏLƏDİYYƏLƏRLƏ BAĞLI FAKTLAR VAR