Məlahət İbrahimqızı erməni deputatı susdurdu

Siyasət / Manşet

171

Məlahət İbrahimqızı erməni deputatı susdurdu
VOİCEPRESS-in verdiyi xəbərə görə, bu gün AVRONEST Parlament Assambleyasının Tiflisdə keçirilən iclasında qurumun Sosial, Təhsil, Məşğullu, Mədəniyyət və Vətəndaş Cəmiyyəti məsələləri üzrə Komitənin həmsədri, Azərbaycan Parlamentinin üzvü, deputat Məlahət İbrahimqızı erməni deputatı susdurub.

Bu barədə Modern.az saytına açıqlama verən deputat Məlahət İbrahimqızı bildirib ki, bu gün AVRONEST-in iqtisadi komitəsində iqtisadi islahatlar, sahibkarlıq fəaliyyəti və müxtəlif xarici ölkələrin Gürcüstanda qoyduğu investisiya layihələri ilə bağlı təqdimat keçirilib:

“AVRONEST-də Gürcüstanın iki nazirinin təqdimatı baş tutdu. Hər iki nazir çıxışı zamanı Azərbaycana minnətdarlığını ifadə etdi və bildirdilər ki, Azərbaycan Gürcüstanda ən böyük investorlardandır. Bizdən sonra Türkiyə, Avropa ölkələrindən isə İngiltərə və Çexiyanın adı çəkildi. Daha sonra nazirlər çıxışlarında görülən işlərdən, mövcud problemlərdən və əldə edilən nailiyyətlərdən söz açdılar. Mən sosial komitənin üzvü olsam da, bu komitənin iclasında da iştirak etdim. Təqdimatlardan sonra müzakirələr başladı. Bu zaman Ermənistanın “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan Azərbaycanı korrupsiya və rüşvətlə ittiham etdi və Gürcüstanın niyə öz adını Azərbaycanla hallandırdığını soruşdu. Sual gözlənilməz olsa da, erməni nümayəndə heyətinin rəhbərinə cavab vermək üçün əlimi qaldırdım və bildirdim ki, hər iki nazirin çıxışını yüksək qiymətləndirirəm”.

M.İbrahimqızı erməni deputatına qarşı çıxışı zamanı qeyd edib ki, Azərbaycan və Gürcüstan həqiqətən yaxın strateji müttəfiqdir:
“Həmçinin bildirdim ki, keçən il Gürcüstan-Azərbaycan-Türkiyənin iştirakı ilə Azərbaycanda əsrin ən əhəmiyyətli layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılış olub. Bu baxımdan biz Gürcüstanla Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilsi-Ərzurum nümunəsində bu günə qədər bütün sahələrdə sıx əməkdaşlıq etmişik və gələcəkdə də belə uğurlu layihələrimiz davam edəcək.
Erməni deputatına qarşı çıxışım zamanı qeyd etdim ki, bütün keçmiş sovet respublikalarında bu problemlər, o cümlədən söz azadlığı, demokratiya, korrupsiya məsələləri mövcuddur:

“Belə hallar dünyanın bütün ölkələrində müşahidə edilir. Əsas odur ki, Azərbaycan xalqının iradəsi var və biz bunlara qarşı mübarizə aparırıq. Bu istiqamətdə Azərbaycanın xüsusi konstitusional dövlət mexanizmləri var. Amma Ermənistan tərəfinin Gürcüstan və Azərbaycan arasında provokasiya yaratması qəbulolunmazdır. Qeyd edilən problemlər Ermənistanda Azərbaycandan dəfələrlə çoxdur. Ən dəhşətlisi odur ki, Ermənistan istər BMT-də, istərsə də Avropa strukturlarında işğalçı dövlət kimi tanınır. Bu səbəbdən hesab edirəm ki, Ermənistan deputatının provokativ sual verməsi heç vaxt qəbul olunmazdır”.

Daha sonra bildirdim ki, Azərbaycanda parlamentdə spiker və ya millət vəkillərini öldürmürlər. Həmçinin bizim ölkədə dövlət səviyyəsində terror olmadığını vurğuladım. Çıxışımdan sonra erməni deputat susdu”.




VOİCEPRESS.AZ


Ранее » Prezident İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktorunu qəbul...« Далее Xarici jurnalistlər Qarabağa qanunsuz səfər edib - TƏXRİBAT