"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında flora və faunadan qisas alır"

Siyasət

720

261 min hektar meşə fondu ərazisi Ermənistanın işğalı altındadır. İşğal altındakı meşələrin taleyi bizi çox narahat edir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında flora və faunadan qisas alır.

VOİCEPRESS.AZ
xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatı ilə birgə meşə təsərrüfatının qorunmasına həsr edilmiş tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F. Əliyev Azərbaycanda meşələrin ümumi sahəsini də açıqlayıb. Onun sözlərinə görə, ölkədə meşələrin ümumi sahəsi 1 milyon 21 min hektardır: "Bu isə ölkə ərazisinin 12%-ni təşkil edir".

F. Əliyev bildirib ki, son 16 ildə 158, 7 min hektar ərazidə meşə bərpa tədbirləri həyata keçirilib, 52, 1 min hektar ərazidə yeni meşəliklər salınıb, 106 milyon ədəd ağac əkilib: "Arid, münbit olmayan torpaqlar təmizlənərək yararlı vəziyyətə gətirilib. 4 min hektardan çox ərazidə 5 milyondan çox ağac əkilib".

Nazir müavini onu da əlavə edib ki, bu günə kimi ölkədə 4 min hektardan çox ərazidə 1 milyonadək meyvə ağacı əkilib.

VOİCEPRESS.AZ


Ранее » Azərbaycanda terrorçuluğa qarşı mübarizə gücləndirilir« Далее Zakir Həsənov Türkiyə səfiri ilə görüşdü