Bu gün AŞ PA-da Azərbaycan nümayəndəsinin məruzəsi dinləniləcək

Siyasət

405

Bu gün AŞ PA-da Azərbaycan nümayəndəsinin məruzəsi dinləniləcək
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın məruzəsi dinləniləcək.

VOİCEPRESS.AZ
məlumatına görə, S.Fətəliyevanın "Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması" mövzusunda məruzəsi dinləniləcək və müzakirə ediləcək.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Səfər yanvarın 28-də başa çatacaq.

VOİCEPRESS.AZ


Ранее » "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artı...« Далее Azərbaycanlı deputat AŞPA-nın alt komitəsinin sədri seçildi
Flag Counter