Əhməd Şahidovun Sərkisyanın çıxışı zamanı keçirdiyi səssiz aksiya Ermənistan prezidentini məyus etdi

Siyasət / video / Manşet

5 517

Əhməd Şahidovun Sərkisyanın çıxışı zamanı keçirdiyi səssiz aksiya Ermənistan prezidentini məyus etdi
VOİCEPRESS-in verdiyi xəbərə görə, AŞPA-nın qış sessiyasının işində iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov sessiya çərçivəsində kəlbəcərli girovlarla bağlı bir neçə aksiya keçirib.

Hüquq müdafiəçisi sessiya iştirakçılarına kəlbəcərli girovlarla bağlı məlumat verib. Yanvarın 24-də isə Ermənistan prezidenti Serj Sərkisyan AŞPA-nın sessiyasında çıxışı zamanı Əhməd Şahidov zalda kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin fotolarını nümayiş etdirərək səssiz aksiya keçirib. Çıxışı zamanı zalda belə bir mənzərə ilə qarşılaşan Sərkisyan yaranmış durumdan məyus olub.

Məsələyə AŞPA-nın təhlükəsizlik xidmətinin əməkdaşları çüdaxilə edib və Əhməd Şahidov zaldan çıxarılıb.





VOİCEPRESS.AZ

« Далее Ordumuzda döyüş atışlı təlimi keçirilib - FOTO