Azərbaycan keçmiş səfiri "qara siyahı"ya daxil edir

Siyasət / Manşet

3 219

Azərbaycan keçmiş səfiri
ABŞ-ın Ermənistandakı keçmiş səfiri olmuş Con Evans Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri növbəti təxribat əməlidir. Bunu VOİCEPRESS.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, C.Evans ABŞ erməni lobbisinin diktəsi altında və müəyyən maliyyə maraqları müqabilində bu qərəzli addımı ilə xüsusilə indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir.

"Con Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika erməni milli komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirr deyil", - Hikmət Hacıyev deyib.

XİN rəsmisi əlavə edib ki, ABŞ-ın Ermənistanda səfiri olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilib, təmsil etdiyi ölkənin deyil, daha çox erməni lobbisinin maraqlarından çıxış edib:

"Qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağrılıb. Onun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".


VOİCEPRESS.AZ

Ранее » Fransa Parlamentində Azərbaycana qarşı təklif qəbul olunmadı« Далее ATƏT-in sədri Azərbaycana gəlir
Flag Counter