Davosda Bakının "Ekspo 2025"ə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçiriləcək

Siyasət

1 116

Davosda Bakının
"Ekspo-2025" (World Expo 2025) Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar, İsveçrənin Davos şəhərində yanvarın 23-də təqdimat keçiriləcək.

VOİCEPRESS.AZ
xəbər verir ki, rəsmi təqdimat "Bakı Ekspo-2025" Hədəf Qrupunun rəhbəri Elçin Əmirbəyov tərəfindən həyata keçiriləcək.

E.Əmirbəyov Bakının Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyi barədə məlumat verəcək.

E.Əmirbəyov təqdimatla bağlı bildirib: "Biz "Bakı Ekspo-2025" təqdimat mərasimini biznes və siyasət dünyasından 2500-dən çox liderin toplaşdığı Davos Dünya İqtisadi Forumunda keçirməkdən çox məmnunuq".

Azərbaycanın "Ekspo-2025" üzrə təqdim etdiyi mövzu - "İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq" adlanır. Əlavə olaraq təqdim edilən üç alt mövzu - İstedad, Sağlamlıq və Nailiyyət - Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir.

Bakı Ekspo 2025, cəmiyyətin hər bir sahəsinin insan intellektindən yararlanmasına və faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə mühüm şərait yaradacaq.

Qeyd edək ki, Yekaterinburq və Osaka şəhərləri "EKSPO-2025" Ümumdünya Universal Sərgisini keçirmək uğrunda mübarizədə Bakının rəqibidir.

VOİCEPRESS.AZ


Ранее » Səməd Seyidov AŞ PA-nın vitse-prezidenti seçildi« Далее Yaqland cəzaların humanistləşdirilməsi ilə bağlı Azərbaycanda...