İbad Hüseynov Vasif Talıbovu təbrik etdi...

Siyasət /

3 996

İbad Hüseynov Vasif Talıbovu təbrik etdi...

İbad Hüseynov: "Bütün fəaliyyətini görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda həyata keçirilməsinə həsr edən şəxsiyyət Vasif Talıbovun bu gün doğum günüdür..."


"Bütün fəaliyyətini görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda həyata keçirilməsinə həsr edən şəxsiyyət Vasif Talıbovun bu gün doğum günüdür". Bunu VOİCEPRESS.AZ-a açıqlamasında Qarabağ döyüşçüsü İbad Hüseynov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, cənab Vasif Talıbovu doğum günü ilə bağlı təbrik edərkən deyib. Onun sözlərinə görə, Vasif Talıbov dəfələrlə dövlətinə və millətinə sədaqətini sübuta yetirmiş şəxsiyyətlərdəndir: "Vasif Talıbov qürurla ismini çəkə biləcəyimiz bir insandır. Minlərlə insanın fəxrlə, qürurla «mənim vətənimin oğlu», «elimin-obamın vətənpərvər oğlu» dediyi böyük ziyalımız, Vasif Talıbovun portretini vəsf etməyin özü olduqca şərəflidir. Mən onunla həmişə fəxr edib, qürur duymuşam. Çünki ötən illər ərzində gördüyü əzəmətli işlərlə, qazandığı böyük uğurlarla, alın təriylə o, vətənin halal bir övladı, böyük vətəndaşı olmaq səlahiyyətini qazanıb. Vasif Talıbov nümunəvi dövlət xadimlərimizdən, nümunəvi millət vəkillərimizdəndir. Fürsətdən istifadə edib, onu doğum günü münasibəti ilə təbrik edir, ona can sağlığı və uzun ömür arzulayıram".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi, Talıbov Vasif Yusif oğlu 14 yanvar 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olmuşdur. Belə ki, bu gün Vasif Talıbov 58 yaşını qeyd edir.






Aysel İsgəndərova

VOİCEPRESS.AZ