Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanına gedir

Siyasət

198

Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanına gedir
Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz əl-Falihin dəvəti ilə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 13-16-da bu ölkədə səfərdə olacaq.

Energetika Nazirliyindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, səfər zamanı keçiriləcək görüşlərdəiki ölkə arasında enerji sahəsində əməkdaşlıq, “Saudi Aramco” şirkəti ilə əməkdaşlıq perspektivləri, eləcə də dünya neft bazarının tənzimlənməsi istiqamətində Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) çərçivəsində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud əlaqələrin inkişafına dair bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.

Nümayəndə heyətinin Səudiyyə Ərəbistanında bir sıra istehsalat komplekslərinə baş çəkməsi də nəzərdə tutulub.

VOİCEPRESS.AZ


Ранее » Prezident İlham Əliyev Əhəd Abıyevi təltif etdi« Далее Azərbaycan deputatları İrana gedir