Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək

Siyasət

144

Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək
İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrannın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Nazirlikdən VOİCEPRESS.AZ-a verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Səfirlə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclasının keçirilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

VOİCEPRESS.AZ


Ранее » Qanunu pozan hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verildi« Далее Bolqarıstanın Baş naziri Bakıya gəlir