Azərbaycan nümayəndə heyəti AŞPA-nın sessiyasında yeni tərkibdə iştirak edəcək

Siyasət

828

Azərbaycan nümayəndə heyəti AŞPA-nın sessiyasında yeni tərkibdə iştirak edəcək
Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyasında iştirak edəcək.

VOİCEPRESS.AZ
xəbər verir ki, Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, bunu AŞPA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

O qeyd edib ki, təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaqlar. Bu, AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal bir prosesdir.

Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib. Deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil ediliblər. Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər.

VOİCEPRESS.AZ


Ранее » Qarabağ problreminin həllində yollar Romadan keçəcək?« Далее Deputat avtobus qəzasına görə BNA-nı ittiham etdi