Birinci vitse-prezident: "İran və Azərbaycanın güclü münasibətləri var"

Siyasət / Manşet

990

Birinci vitse-prezident:
İran və Azərbaycanın güclü münasibətləri var.

VOİCEPRESS.AZ
-ın IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Birinci vitse-prezidenti İshaq Cahangiri deyib.

Ərdəbil əyalətində yerli toplantıda çıxış edən İ.Cahangiri bildirib ki, qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi İranın əsas prioritetidir.

Əyalətin Azərbaycanla sərhəddə olduğunu vurğulayan vitse-prezident qeyd edib ki, Ərdəbil bu imkandan Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi üçün yararlana bilər.

O əlavə edib ki, İran zəngin təbii ehtiyatları, ixtisaslaşmış işçiləri, həmçinin sərfəli coğrafi mövqeyi daxil olmaqla nəhəng potensiala malikdir.


VOİCEPRESS.AZ


Ранее » Söyün Sadıqov: “İrandakı çəkişmələr İsrail, ABŞ və İng...« Далее Millət vəkili afrikalı xanımlarla görüşdü
Flag Counter