Nazir: "Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib"

Siyasət

675

Nazir:
"Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib".
VOİCEPRESS.AZ
xəbər verir ki, bunu bu gün müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Y Camalov bunu ötən ilin aprel döyüşlərinin bir daha sübut etdiyini vurğulayıb: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilərək bir sıra yaşayış məntəqələri və əlverişli yüksəkliklər düşmən tapdağından azad edildi. Həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı".

VOİCEPRESS.AZ


Ранее » Millət vəkili televiziya kanallarına etiraz etdi« Далее Əli Laricani: "İran və Azərbaycan həmişə dost olacaqlar"
Flag Counter