• 12:15 – Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi 12:09 – Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL 11:43 – Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı 11:29 – Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ 11:26 – Milli komandamız bu gün Litvanı qəbul edir 
  • 15:21 – İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 13:21 – Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq 

NATO Azərbaycanın Əfqanıstandakı missiyaya gücləndirilmiş dəstəyini alqışlayır

NATO Azərbaycana Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasına hərbi kontingentlə göstərdiyi dəstəyə, eləcə də maliyyə dəstəyinə və tranzit imkanlarının təqdim edilməsinə görə minnətdarlığını bildirir.

VOİCEPRESS.AZ
bildirir ki, bunu trend-ə və Azernews-a müsahibəsində NATO-nun rəsmi nümayəndəsi deyib.

Rəsmi nümayəndə bildirib: "Biz müttəfiqlərimiz və tərəfdarlarımız, o cümlədən Azərbaycan tərəfindən gücləndirilmiş dəstəyi alqışlayırıq. Bu, Əfqanıstanda sülhün təmin olunması ilə bağlı məqsədimiz üçün böyük əhəmiyyət daşıyır".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-ü Brüssledə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

İclas zamanı qeyd olunub ki, Azərbaycan Əfqanıstanda sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə iqtisadi və digər sahələrdə əməkdaşlığını davam etdirir.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter