İlham Əliyev BƏƏ və Laos prezidentlərini təbrik etdi

Siyasət / Manşet

1 395

İlham Əliyev BƏƏ və Laos prezidentlərini təbrik etdi
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət şeyx Məhəmməd bin Rəşid Al Məktuma təbrik məktubu ünvanlayıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və firavanlıq diləyirəm”.

***

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm".

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm”.

***

Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Bounyanq Volaçitə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və firavanlıq arzulayıram”.

VOİCEPRESS.AZ


Ранее » Əfqanıstan prezidentinin Azərbaycana səfəri başa çatdı« Далее Ölkəmiz bu məsələyə böyük önəm verir
Flag Counter