• 23:34 – NATO-nun baş katibi Gürcüstana gəlir 22:00 – İraqda bərə qəzası: ölü sayı 71-ə çatdı - YENİLƏNİB 21:19 – Bakıda mebel sexi yanıb 20:41 – XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır” 18:16 – Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi 
  • 15:52 – Əli Həsənov: "Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək" 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 11:33 – Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır 

Prezident "Asiyanın Qəlbi" - İstanbul Prosesi konfransında

Bu gün Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransı öz işinə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Qeyd edək ki, VII nazirlər konfransında “Asiyanın Qəlbi” - İstanbul Prosesində iştirak edən dövlətlər və təşkilat olaraq Əfqanıstan Prezidenti və xarici işlər naziri, Türkiyə, Pakistan, İranın xarici işlər nazirləri, Hindistanın xarici işlər üzrə dövlət naziri, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri, Rusiya və Çinin Əfqanıstan üzrə xüsusi nümayəndələri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından nümayəndə heyətləri, həmçinin BMT Baş katibinin Əfqanıstan üzrə və Orta Asiya üzrə xüsusi nümayəndələri iştirak edəcəklər.

İstanbul prosesini dəstəkləyən dövlətlər olaraq, konfransda Böyük Britaniya Baş nazirinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, ABŞ Dövlət Departamentinin Cənub və Mərkəzi Asiya üzrə nümayəndəsi, Yaponiya, İspaniya və Norveçin Əfqanıstan üzrə xüsusi təmsilçiləri, İtaliya, Kanada, Danimarka, Fransa, Finlandiya, Polşa, Misir, İsveç və digər dövlətlərin Xarici İşlər Nazirliklərinin yüksək səviyyəli nümayəndə heyətləri iştirak edəcəklər.

Eyni zamanda, İstanbul Prosesini dəstəkləyən beynəlxalq təşkilatlar olaraq Avropa İttifaqı adından Estoniyanın xarici işlər naziri, NATO-nun Əfqanıstan üzrə yüksək səviyyəli mülki nümayəndəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının və Türk Şurasının baş katibləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Konfransının icraçı direktor müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinin müavininin və digər beynəlxalq təsisatların təmsilçilərinin iştirakı də planlaşdırılır.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter