İlham Əliyev Çexiya liderinə məktub göndərdi

Siyasət / Manşet

2 115

İlham Əliyev Çexiya liderinə məktub göndərdi
Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Miloş Zemana təbrik məktubu ünvanlayıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident,

Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Çexiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram", - təbrikdə qeyd edilir.


VOİCEPRESS.AZ


Ранее » Artur Rasi-zadə ölkənin maliyyə qurumlarının rəhbərlərini top...« Далее Ərdoğanın Bakıya səfər proqramı açıqlandı
Flag Counter