Almaniya XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edib

Siyasət / Manşet

3 311

Almaniya XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsini müzakirə edib
Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
VOİCEPRESS-in məlumatına görə, bu barədə ATƏT-in Almaniyadakı sədrliyinin “Tvitter”dəki mikrobloqunda bildirilir.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin də qatıldığı görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üzrə müzakirələr aparılıb.


VOİCEPRESS.AZ

Ранее » Qarabağ müharibəsi əlillərinə yeni mənzillər verildi« Далее Böyük Britaniyanın AB-dən çıxması Azərbaycan üçün də təhlükəlidir