Üzeyir Cəfərov: "Rusiya Federasiyasının rəhbəri kimi, hərdən bəzi siyasətçilərinizə görə utanc hissi keçirirsinizmi?"

  • 21-10-2017, 19:32
  • 882
Üzeyir Cəfərov:
Tanınmış hərbi jurnalist və ekspert, Qarabağ savaşının iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Rusiya prezidenti Vladimir Putinə bir məktub ünvanlayıb. VOİCEPRESS məktubu olduğu kimi təqdim edir:

“Hörmətli Vladimir Vladimiroviç!
Azərbaycan Respublikası vətəndaşı, Silahlı Qüvvələrin keçmiş zabiti və peşəkar hərbi-siyasi jurnalistin belə bir adi, ancaq eyni zamanda çox aktual sualına cavab verməyinizi istərdim. Rusiya Federasiyasının rəhbəri kimi, hərdən bəzi vətəndaşlarınıza, xüsusilə, siyasətçilərinizə görə utanc hissi keçirirsinizmi?
Və əgər siz doğrudan da sualıma səmimi cavab verəcəksinizsə, sizə səmimilik və vicdanlılığınıza görə minnətdar olaram. Son zamanlar RF vətəndaşı, eyni zamanda RLDP lideri olan Jirinovski Vladimir Volfoviç öz davranışları və əməlləri ilə, normal Rusiya siyasətçisini və vətəndaşını, sadəcə, biabır edir. Mənə elə gəlir ki, sizin köməyinizlə onu təcili şəkildə Rusiya, yaxud xaricdə ən təcrübəli həkimlərdən birinin yanına müalicəyə yollamaq lazımdır. O, çox ağır xəstədir və bu mərəzi gündən-günə daha da inkişaf edir. Qorxuram ki, günlərin bir günü Jirinovski elə bir iş törədəcək ki, sonra gec olacaq və bu, sadəcə, Rusiya rəhbərliyinə böyük biabırçılıq yaşadacaq. Hər nə olsa da, o, nə vaxtsa Rusiyanın öz dövrü üçün tanınmış siyasətçilərindən biri olub və onu sizin tərəfdaşınız hesab ediblər. Onu tez-tez müxtəlif televiziya verilişlərinə və tədbirlərə çağırırlar. Və həmin yerlərdə o, öz qəribə davranış və sözləri ilə insanı dərin düşüncəyə vadar edir ki, doğrudanmı bu adamda hər şey qaydasındadır. Daha doğrusu, onda son zamanlar çox təhlükəli hallar müşahidə olunur. Biz hamımız son illər ona diqqət edirik və aydın olur ki, xüsusən son illər o, fiziki və psixoloji planda çox geriləyib. Zənnimcə, əgər o, normal və sağlam insan olsaydı, öz opponentlərinə, xüsusən keçmiş Sovet İttifaqı xalqlarına qarşı söylədiyi sözlərdə, davranışlarında bu qədər ədəbsizliyə, kobudluğa, hətta bəzən nadanlığa yol verməzdi.

Hörmətli Rusiya prezidenti, siz, mənə etiraz edə bilərsiniz ki, Jirinovski azad insan və siyasətçidir. Və heç kəs ona davranış və deyimlərində qadağa qoya bilməz. Hardasa sizinlə razıyam. Ancaq axı bütövlükdə o, Rusiyanın ali elitasını təmsil edir. Və onun bütün qəribə davranış və hərəkətləri, söz və cümlələri ətrafdakılar tərəfindən Rusiya Federasiyasının yüksək çinli şəxslərinin mövqeyi kimi qəbul olunur.

Dünən bizə məlum olub ki, bu "azad insan və siyasətçi" yenidən “konspektləri qarışdırıb” və elə bir boşboğazlıq edib ki, onun dərrakəsinə heyran qalırsan. Budur onun “Moskva-Bakı” nəşrinə nüsahibəsindən sitat:
“Rusiya imperiyası və SSRİ tərkibində dəqiq sərhədlər yox idi və yerli inzibati idarələr o qədər böyük rola malik deyidi. Ermənilər Bakıda, azərbaycanlılar isə Ermənistanın müxtəlif rayonlarında yaşayırdılar. Lakin sonradan sərhədlər müəyyənləşdi və indi hər iki ölkə Dağlıq Qarabağı öz ərazisi hesab edir. Və onlar heç vaxt razılığa gələ bilməyəcəklər. Qarabağ dağlıq ərazidir və çox balacadır. Qüds kimi - orada ərəblər və yəhudilər arasında həmişə münaqişə olacaq. Bu səbəbdən də Qarabağda xarici hakim lazımdır - bu yalnız Moskva ola bilər, çünki onların hər ikisi rus dilində danışırlar. Analoji münaqişələr Dnestryanı, Abxaziya və Cənubi Osetiyada da var. SSRİ-nin tərkibində olarkən bu dörd yerdə problem yox idi. Amma onlar İttifaqdan ayrılan kimi ara qarışdı” .

O, həm də qeyd edib ki, biz əminik ki, SSRİ-nin sərhədləri könüllü və ya referendum vasitəsi ilə bərpa edilməlidir: "Keçmiş respublikaların hamısı Rusiyanın tərkibinə daxil olunmalıdır. Yalnız bundan sonra sülh gələcək, bütün münaqişələr öz həllini tapacaq və böyük ölkənin bütün xalqları sabahkı gündən qorxmayaraq rahat yaşayacaqlar”

Onun dediyi bu ifadələr bizləri bir daha əmin edir ki, bu adamın böyük siyasətdən uzaqlaşması vaxtıdır və onu mütləq cəmiyyətdən izolə etmək lazımdır. Keçmiş SSRİ-nin bərpası haqda onun deyimləri faktiki olaraq RF ilə bərabər BMT, Aİ və digər nüfuzlu beynəlxalq təşkilat və qurumların üzvü olan bütün suveren dövlətlərin milli hisslərini təhqir etmək deməkdir. Və onun konkret olaraq Azərbaycana qarşı olan sözlərini, şəxsən mən, ölkəmin milyonlarla vətəndaşı kimi bizim milli və dövləti maraq və hisslərimizə hörmətsizlik və təhqir kimi qəbul edirəm.

Hörmətli Vladimir Vladimiroviç, mənim sizə məktubum çox sadə və hardasa hətta qeyri-etik görünə bilər. Mən xüsusi olaraq sizə müraciətimi belə sadə və aydın dildə yazdım ki, qoy az da olsa, siyasətlə maraqlanan hər kəs sizdən nə xahiş etdiyimi anlasın. Xahişim isə ondan ibarətdir ki, sizin dövlətin RLDP lideri kimi siyasətçiləri keçmiş SSRİ-nin hazırda suveren müstəqil olan dövlətlərinə hörmət və vicdanla yanaşsınlar. Təəssüf ki, Vladimir Jirinovski və onun kimilər normal insanlarda rus xalqına və ayrıca RF rəhbərliyinə nifrət hissləri oyadırlar.


Hörmətlə, hərbi jurnalist, Qarabağ savaşının iştirakçısı, hazırda təqaüdçü zabit, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov.


Aysel İsgəndərova

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Dünən, 15:45Deputat: "NATO-nun Türkiyəyə qarşı bu hərəkəti təəssüf doğurur" Dünən, 15:41Rusiya, İran və Türkiyə razılığa gəldilər Dünən, 15:15Türkiyə sahillərində zəlzələ olub Dünən, 15:00Azərbaycanın şərti var ki, silah daşınmasın... Dünən, 14:51Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu Dünən, 14:31Konte: ““Qarabağ”la matç mövsümün ən vacib oyunu olacaq” Dünən, 14:19Bakıda yeni doğulan körpəni küçəyə atdılar Dünən, 14:07Türkiyə, Rusiya və İran XİN rəhbərlərinin görüşü keçirilir Dünən, 13:55Ermənistanda çavuş və əsgər hərbi hissədən qaçdı Dünən, 13:44Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir Dünən, 13:38Naxçıvanda tanklar hərəkətə gətirildi, helikopterlər havaya qaldırıldı Dünən, 13:14Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək Dünən, 08:29Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlanıb Dünən, 03:49Odessada etirazçılarla qarşıdurma zamanı azı 20 polis əməkdaşı xəsarət alıb Dünən, 01:41İspaniyanın baş prokuroru Argentinada vəfat edib Dünən, 00:38Ərdoğan: “NATO-ya etibar ciddi suallar doğurur” 18-11-2017, 22:19NATO-nun baş katibi təlimlərdəki insidentə görə bir daha Ərdoğandan üzr istəyib 18-11-2017, 20:23Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib - SİYAHI 18-11-2017, 14:47Zaqatalada fındıq festivalı keçirilib 18-11-2017, 13:30Millət vəkili: "Türkiyəyə qarşı belə tərbiyəsizliyə yol verilməməli idi" 18-11-2017, 12:35İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib 18-11-2017, 11:44IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib 18-11-2017, 08:55Həmsədrlərə dedim ki, bir-birimizi aldatmayaq - XİN rəhbəri 18-11-2017, 08:12Rusiya mətbuatından sensasion iddia:"Ərdoğanla Putin razılaşdı, 5 rayon Azərbaycana qaytarılacaq" 17-11-2017, 18:17Azərbaycanda zəlzələ oldu - Rəsmi 17-11-2017, 17:38Səudiyyə şahzadələrini azadlığa buraxır 17-11-2017, 17:19Millət vəkili Milli Məclisdə sosial reklamların vacibliyindən danışıb 17-11-2017, 16:35NATO- Türkiyədən üzr istəyirik... 17-11-2017, 16:00Ərdoğan: “ABŞ İŞİD-ə çoxlu dollar verib və onların ssenarisini bilirik” 17-11-2017, 15:44İŞİD ərazisinin 95%-ni itirib 17-11-2017, 15:30Qənirə Paşayeva Milli Qəhrəmanlara büstlərin qoyulması ilə bağlı qanunvericilikdə yaranmış boşluqların aradan qaldırlması təklifini irəli sürüb 17-11-2017, 15:17Zimbabve prezidenti çevrilişdən sonra ilk dəfə insanların önünə çıxdı 17-11-2017, 15:09Lavrov Bakıya iki günlük səfərə gəlir 17-11-2017, 15:05Bolqarıstan parlamentinin spikeri istefa verdi 17-11-2017, 14:56Siyavuş Novruzov: “Müdafiə naziri parlamentdə hesabat versə, onu hərə bir cür açıqlayacaq” 17-11-2017, 14:44Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi 17-11-2017, 14:28“İt ili”ndə bəşəriyyəti nə gözləyir? 17-11-2017, 14:20Lerikin Yardımlıya birləşmək istəyən kəndləri ilə bağlı İcra Hakimiyyətindən RƏSMİ CAVAB 17-11-2017, 14:11“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanun dəyişdirildi 17-11-2017, 13:57Azərbaycanda "Rəşadət” ordeni təsis edilib
Все новости
VİDEO

© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir