• 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 12:36 – Ukraynada 20 Yanvar Bakı qırğını ilə bağlı silsilə filmlər hazırlanacaq 11:20 – Təhsil Nazirliyinin tabeliyindəki qurumlardan 1-i ləğv edilir, 6-sı isə birləşdirilir - SİYAHI 11:06 – Hansı məmurlara xidməti avtomobil veriləcək? - Prezidentdən TAPŞIRIQ - Siyahı hazırlanacaq 10:34 – “İdaretmə aparatı çox şişmişdi” - Deputat Prezidentin son islahatlarını yüksək dəyərləndirdi 
  • 21:46 – “Rusiyanın Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik” - XİN rəsmisi 
  • 18:10 – Dubayda “Azərbaycan Ticarət Evi” açıldı 
  • 23:07 – Güclü külək Bakıda fəsadlar törətdi 

"Sarkisyan beynəlxalq hüquqa uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranır"

"Ermənistan prezidenti Serj Sarkisyan və onun komandası ilə aparılan danışıqlar heç bir nəticə verməyəcək".

VOİCEPRESS
xəbər verir ki, bunu trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Sarkisyan və onun komandasının məhv edilməsi deməkdir:

"Çünki Sarkisyan kimi hərbi cani Dağlıq Qarabağ dalğası üzərindən hakimiyyətə gəlib. Danışıqların konstruktiv aparılması Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına gətirib çıxarmalıdır. Bu problem həll edilsə, Sarkisyan hakimiyyəti məhv olar. Ona görə də, Sarkisyan nə qədər danışıqlara getsə də, danışıqlardan sonra sərsəmləyir. Onlar danışıqlarda ədalətli mövqe tutmaq istəmir. Sarkisyan hərbi canidir. Həbsxanada olmalı olan bir hərbi cani dövlət başçısıdırsa, ondan başqa nə gözləmək olar. O, beynəlxalq hüquq normalarına uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranır. Xocalı soyqırımının törədilməsində birbaşa hərbçi kimi iştirak edən Sarkisyan bu gün Ermənistan prezidentidir. O, müəyyən qüvvələrin hesabına həmin vəzifədə oturdulub. Azərbaycan Sarkisyana hərbi gücünü göstərməyincə o, ağıllanmayacaq".

Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter