Millət vəkili: "Ermənistan tərəfindən dəstəklənən terror təşkilatlarından böyük əziyyət çəkmiş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə aktiv mübarizə aparır"

  • 12-10-2017, 16:17
  • 162
Millət vəkili:
VOİCEPRESS xəbər verir ki, bu gün AŞPA-da “Bəşəriyyətə qarşı cinayətləri təqib etmək və cəzalandırmaq, İŞİD tərəfindən həyata keçirilən mümkün soyqırım aktları” adlı qətnamə layihəsinin müzakirəsi zamanı millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azad Demokratlar Qrupu adından çıxış edib və terrorla mübarizədə ikili standartlara yol verilməməlidir deyib:” Dəyərli Dostlar, İŞID terror təşkilatı ən çox Yaxın Şərq bölgəsi və ona yaxın ərazilərdə yaşayan xalqlara və bölgə ölkələrinə zərər verir. Bu terror təşkilatının kimlərin, hansı güclərin maraqlarına xidmət etməsini geniş şəkildə müzakirə edə bilərik. Amma bölgə xalqı və dövlətlərinə, özəlliklə də müsəlmanlara ciddi şəkildə zərər verirlər.

Məsələn, İŞID-ın Türkiyədə həyata keçirdiyi 14 terror aktında 304 məsum insan həyatını itirmişdi. O üzdən Suriya və İraq sərhədində İŞID ilə mübarizə aparan ölkələrə, özəlliklə Türkiyəyə Avropa ölkələri və təşkilatları daha çox dəstək verməlidir və buna çağırırıq. Mən Qrupumuz adına çıxış edirəm, amma qısa da olsa bunu bildirmək istəyirəm ki, əhalisinin böyük hissəsi müsəlman olan ölkəm Azərbaycan da İŞID-la mübarizədə ciddi addımlar atmaqdadır. Çünki biz terror təşkilatlarına qarşıyıq və Ermənistan tərəfindən dəstəklənın terror təşkilatlarından böyük zərərlər görmüş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə sərt mübarizə aparır. Dəyərli Dostlar, İŞID beynəlxalq bir terror təşkilatıdır. Bu təşkilatın sıralarında müxtəlif millətlərdən və fərqli dinlərdən insanlar var.

Bu səbəbdən İŞID-ı müsəlmanlardan ibarət bir terror təşkilatı olaraq görmək və müsəlmanlara qarşı mənfi fikir yaratmaq istəyənlərə də fürsət verməməliyik. İŞID-ın etdiklərinin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Avropada bəzi siyasətçilərin İŞID-ın etdiklərini bəhanə edərək İslam dini və müsəlmanlar əleyhinə etdiklərə çağırışlara da burdan etirazımızı bildirməliyik. Bu cür addımların Avropada İslamofobiyanın artmasına yönəlik hərəkətlərin hansı pis nəticələrə səbəb olacağını, hansı faciələrə gətirib çıxaracağını nəzərə almalıyıq. Bu cür məsuliyyətsiz açıqlamalar sadəcə İŞID-ın işinə yarayar. Avropada İslam əleyhinə fikirlərin olması hamımızı ciddi şəkildə narahat etməlidir və İslam əleyhdarlarının artmaması üçün də hamımız birlikdə ciddi çalışmalıyıq. Bu gün dünyadakı münaqişələrin azalması üçün mədəniyyətlər və dinlərarası dialoqun artmasına ehtiyacımız var. Terrorla təsirli şəkildə mübarizə aparmaq üçün bütün Avropa ölkələri bu sahədə İslam ölkələri ilə əməkdaşlığını artırmalıdır. Bu gün ehtiyac duyduğumuz tək şey dialoq və əməkdaşlıqdır”.

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Bu gün, 22:28Referendum keçmişdə qaldı - Abadi Bu gün, 22:21Leyla Əliyeva Zülfiyyəni təbrik etdi Bu gün, 22:11Fransa sui-qəsd etməyi planlaşdıran 10 nəfəri yaxalayıb Bu gün, 21:39Azərbaycanda dekorativ balıqlar yetişdiriləcək Bu gün, 21:07"Rossiya 24" Bakıdan süjet yayımladı Bu gün, 21:05Netanyahudan Rusiyaya: İrana icazə vermərik... Bu gün, 20:51ABŞ-Koreya qarşıdurması pik nöqtəyə yaxınlaşır - Rusiya Bu gün, 20:41Türkiyə hökumətindən teraktla bağlı ilk açıqlama Bu gün, 20:39İraq ordusu Kərkükdə peşmərgə heykəlini yandırdı Bu gün, 20:31Bərzani hiddətləndi: Kürdüstan xalqı bilsin ki... Bu gün, 20:28Polis rəisinin müavinini güllələyən şəxs həbs olundu Bu gün, 19:51Ukrayna Ali Radasının qarşısında mitinq keçirənlər çadır qurmağa başlayıblar Bu gün, 18:50Türkiyədə polis avtomobili partladılıb Bu gün, 18:42Sumqayıt ərazisində 40 partlayıcı qurğu tapıldı Bu gün, 18:34“Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb Bu gün, 18:22İranlı tələbəni öldürən beş nəfər həbs olunub Bu gün, 18:10"Sarkisyan danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır" Bu gün, 18:01Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq Bu gün, 17:33İŞİD-in "paytaxt"ı Rakka terrorçulardan azad edildi Bu gün, 17:26Manatın məzənnəsi Bu gün, 17:25Türkiyədə kömür mədənində uçqun - Dağıntılar altında qalanlar var Bu gün, 17:09“Biz ayrı yaşasaq da, ...” - Oksana Elşad Xosedən danışdı - VİDEO Bu gün, 17:01Deputat: "Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə..." Bu gün, 16:52Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatdı Bu gün, 16:43700 şirkət Kataloniyanı tərk etdi Bu gün, 16:36Dünya liderləri İlham Əliyevi təbrik etdilər Bu gün, 16:17Moskvada məktəblər boşaldıldı: Dərslər dayandırıldı Bu gün, 16:09SOS: Bəzi avtomobil yollarında sürüşmələr aktivləşdi Bu gün, 15:55Yeniyetmələrə tətbiq olunacaq yeni cəza növünün həddi məlum oldu Bu gün, 15:43Azərbaycan bu ölkəyə 355 milyon dollar investisiya yatırdı Bu gün, 15:23Britaniya da parçalanır? - Konvey Ayland müstəqillik istəyir Bu gün, 15:05"Rusiya işğalçı Ermənistanı silahlandırmaqdan çəkinməlidir" Bu gün, 14:53DÇ-2018: İsveç İtaliyaya, Yunanıstan Xorvatiyaya rəqib oldu Bu gün, 14:45Fikrət Hüseynli haqda həbs qərarı verildi Bu gün, 14:32Səfir: "Üç istiqamətdə atılacaq addımlar əlaqələrimizin inkişafına təkan verər”" Bu gün, 14:20"Sarkisyan status-kvonu saxlamaq üçün hər cür təxribata əl atır" Bu gün, 14:00"İnvestor bazasının yaradılması üzərində iş gedir" Bu gün, 13:55Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başa çatdı Bu gün, 13:47"Avropa təşəbbüsü ələ alıb Azərbaycanı silahlandırmalıdır..." Bu gün, 13:22"Türkiyə Dağlıq Qarabağa gedən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir"
Все новости
VİDEO

© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir