Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalmaqdadır

  • 11-10-2017, 14:07
  • 144
Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalmaqdadır
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.

VOİCEPRESS
xəbər verir ki, Dövlət Statistika Komitəsindən apa-ya verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 15 mlrd. 21,2 mln. dollar, o cümlədən ixracın dəyəri 9 mlrd. 720,4 mln. dollar, idxalın dəyəri 5 mlrd. 300,8 mln. dollar təşkil edib, nəticədə 4 mlrd. 419,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7% faiz artıb, real ifadədə isə 13,3%, o cümlədən ixrac 8,9%, idxal 20% azalıb.

Ticarət dövriyyəsinin 35,7%-i (yanvar-iyul ərzində 37,3%) Avropa İttifaqı ölkələri, 13,2%-i (dəyişməz qalıb) MDB üzvü dövlətləri, 51,1%-i (49,5%) isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 21,4%-i İtaliyaya, 14,2%-i Türkiyəyə, 6%-i Çinə, 5,1%-i Rusiyaya, 4,7%-i Gürcüstana, 4,4%-i Çexiyaya, 4,2%-i İsrailə, 3,8%-i Hindistana, hər biri 3,7%-i olmaqla Tayvan (Çinin əyaləti), Almaniya və Portuqaliyaya, 3,4%-i Kanadaya, qalan 21,7%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 17,2%-i Rusiyanın, 15,3%-i Türkiyənin, 10%-i Çinin, 7,8%-i ABŞ-ın, 4,7%-i Almaniyanın, 4,4%-i Ukraynanın, 3,9%-i İtaliyanın, hər biri 3%-i olmaqla İran və Birləşmiş Krallığın, 2,8%-i Braziliyanın, 2,2%-i Norveçin, 1,7%-i Fransanın, 24%-i isə digər ölkələrin payına düşüb.

Bu ilin yanvar-avqust aylarında 963,5 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 30,1%, real ifadədə isə 27,4% çoxdur.

Bu ilin yanvar-avqust aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 86,3%, təzə meyvə - 34,6%, kartof - 50,7%, tütün - 92,1%, bitki yağları - 14,2%, çay - 53,8%, meyvə və tərəvəz şirələri - 75,8%, təbii üzüm şərabları və üzüm suslosu - 73,5%, meyvə və tərəvəz konservləri - 0,8%, pambıq lifi - 6,3 dəfə, bentonit gili - 3,7 dəfə artıb, şəkər ixracı isə 34,4%, marqarin, qida üçün yararlı digər qarışıqlar - 2,8%, polietilen - 0,4%, emal olunmamış alüminium - 26,8%, qara metallardan borular - 6,9%, qara metallardan yarımfabrikatlar - 28,3%, pambıq ipliyi - 34,1% azalıb.

2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə 2017-ci ilin yanvar-avqust aylarında bitki yağları idxalı 2,7%, kərə yağı, digər süd yağları və pastaları - 5,8%, təzə meyvə - 8,6%, çay - 1,6%, quş əti və onun əlavə məhsulları - 55,2%, mal əti - 2,2 dəfə, minik avtomobilləri - 63,5%, polad prokatı - 7,9%, hesablama maşınları, blok və qurğuları - 70,9%, mebel - 2,4 dəfə, qara metallardan çubuqlar - 18,7%, rezin şinlər - 38,2%, mineral gübrələr - 2,9 dəfə, məişət kondisionerləri - 25%, qara metallardan künclüklər - 35,2%, paltaryuyan maşınlar - 77,8%, yük avtomobilləri - 76,3%, avtobuslar - 2,5 dəfə artıb, buğda idxalı isə 36,2%, xam şəkər və şəkər - 8,7%, kartof - 5,2%, təzə tərəvəz - 44,7%, qara metallardan borular - 63,1%, polietilen - 20,6%, sement və sement klinkerləri - 93,8%, məişət soyuducuları - 28% azalıb.

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Dünən, 17:14İspaniya şahzadəsi 90 dollarlıq libası ilə gündəmdə Dünən, 16:59İranın Ərbildəki baş konsulluğuna hücum oldu Dünən, 16:22Hərbçimiz şəhid oldu Dünən, 13:00İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video Dünən, 12:31AB parçalanır: Putin daha bir Avropa ölkəsini tutur Dünən, 11:45Məşhur futbolçu ilə aktrisa evləndi - Ərdoğan nikah şahidləri oldu Dünən, 11:38Oteldə partlayış: ölənlər var Dünən, 11:26Deputat: "Prezident İlham Əliyevin D - 8 Zirvə toplantısındakı çıxışı konkret hədəfə istiqamətləndi" Dünən, 11:11ABŞ-da 50 vaqondan ibarət yük qatarı relsdən çıxıb binalara girdi Dünən, 11:02Gürcüstan MSK-sı ilkin nəticələri açıqladı Dünən, 10:45Sloveniyada prezident seçkiləri keçirilir Dünən, 10:28BƏƏ-də yeni nazirlik YARADILDI - 27 yaşlı şəxs RƏHBƏR OLDU Dünən, 10:16Qazaxda partlayış: yaralanan var Dünən, 10:03Azərbaycan pambığının keyfiyyəti tekstil sənayesinin tələblərinə cavab verir? Dünən, 09:44"Titanik" sərnişininin məktubu 126 min avroya satıldı Dünən, 09:30Cəbhədə gərgin gecə Dünən, 09:10Marneulidə "Gürcü Arzusu"nun namizədinin qələbəsi qeyd olunur Dünən, 00:33Tramp Rəqqanın İŞİD-dən azad edilməsini təsdiqləyib 21-10-2017, 23:10Qonşu evlərin tikintisində iki paralel və qapalı divardan istifadə edilməsinə icazə veriləcək 21-10-2017, 22:42Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin seçki məntəqəsinə polis cəlb olunub 21-10-2017, 22:364 türkiyəlinin Xankəndinə qanunsuz səfəri... - Hayati Yazıçı 21-10-2017, 22:27Ermənistan bayraqlı maşın Bakıya necə gətirilib? - Video 21-10-2017, 22:03Milyarderlərin xanımları kimlərdi və nə işlə məşğuldurlar? 21-10-2017, 21:50Türk millət vəkilləri Manisada Bakı üçün toplandı 21-10-2017, 21:47"Bavariya" rekord gəlir əldə edib 21-10-2017, 21:32Azərbaycan cüdoçusu ermənini yenib dünya çempionu oldu 21-10-2017, 21:14Məşhur furbolçu Tbilisinin meri oldu 21-10-2017, 21:05Nostradamusu qabaqlayan "Simpsonlar" - ŞOK FAKTLAR 21-10-2017, 20:08“O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR” 21-10-2017, 19:53Proqnoz: Yaxın 2 ildə Azərbaycanda kənd təsərrüfatı sektoru artacaq 21-10-2017, 19:45Osmanlı sultanı Məsud Bərzaninin babalarını niyə edam etdi? 21-10-2017, 19:32Üzeyir Cəfərov: "Rusiya Federasiyasının rəhbəri kimi, hərdən bəzi siyasətçilərinizə görə utanc hissi keçirirsinizmi?" 21-10-2017, 19:17Ərdoğan: ABŞ-ı sivil ölkə adlandırmaq olmaz 21-10-2017, 19:09Özünü Kürə atmaq istəyən gənc qız xilas edildi 21-10-2017, 18:44"Atletiko" "Qarabağ"ı məğlub etməlidir ki..." 21-10-2017, 18:30Deniz Seki ərə gedir 21-10-2017, 18:27Türkiyənin məşhur məşqçisi: "Qarabağı və "Qarabağ" klubunu çox sevirik" 21-10-2017, 17:44Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı müzakirə etdi 21-10-2017, 17:36Azərbaycan Vaşinqtonda Baş Qərargah rəislərinin görüşündə iştirak edəcək 21-10-2017, 17:28İspaniya Kataloniyanın muxtariyyətini ləğv etdi
Все новости
VİDEO

© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir