AŞPA-da bu gün sərsəmlik şousu oldu - Azərbaycanı kimlər, niyə "hədəf"ə alıb?

  • 11-10-2017, 16:05
  • 90
AŞPA-da bu gün sərsəmlik şousu oldu - Azərbaycanı kimlər, niyə
Avropa Şurasının baş katibi Turbyern Yaqlandın bilavasitə və birbaşa təzyiqi, təşəbbüsü və istəyi ilə Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı yönəlmiş iki sənəd qəbul olunub.

VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası qarşısında Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı qətnamə səsvermədə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib.

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilmişdi.

Əvvəlcə Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib.

Çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. S. Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmləri ilə yanaşı, vətəndaş cəmiyyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib: "Biz buraya hansısa ölkəyə dərs vermək üçün yığışmamışıq, biz sadəcə üzv ölkələrin demokratik inkişafına öz yardımımızı göstəririk. Biz Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdik. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq".

Daha sonra hər iki hesabat üzrə ümumi müzakirələr keçirilib.

Şennax hesabatı təqdim edərkən bildirib ki, Azərbaycan hökümətinə polis fəaliyyəti, polisdə gender balansı barədə tövsiyələr verilib.

Onun sözlərinə görə, polisdə qadınların sayı daha çox olarsa işgəncə halları azalar.

Bundan başqa həmməruzəçilər polisi araşdıran sərbəst bir təşkilatın yaradılmasını və prokurorun müstəqil olmasını təklif edib.

Şennax onu da vurğulayıb ki, Azərbaycan hökuməti ilə böyük irəliləyişlər əldə edilib.

Müzakirələr zamanı Azad Demokratlar Grupundan Sergio Divina Azərbaycanı ifrat dərəcədə tənqid etməməyə çağırıb: "Hər kəs özü özünə uyğun olan hökumət seçir, qüvvələr ayrılığının tənqidi yersizdir, çünki Azərbaycanın mədəniyyətini nəzərə almaq lazımdır. Bu səbəbdən "Azərbaycana qarşı hər hansı bir sanksiya və ya cəza olmamalıdır".

Sosialist deputat Konstantinos Efstathiou Azərbaycana qarşı daha sərt addımlara çağırıb. Onun sözlərinə görə, sənədlər, sən demə, "anti-Azərbaycan və ya anti-müsəlman bir addım deyil"miş: "Bu Azərbaycan xalqının xeyrinədir".

Sənədlər subyektiv, qərəzli, hesabatlar sifarişli, qətnamə isə əvvəlcədən proqnozlaşdırılan "cəza ittihamı" təsiri bağışlayıb.

Doğrudur, AŞPA Azərbaycanla münasibətdə dialoqa tərəfdar olduğunu desə də, Avropa Şurasının sədri Turbyorn Yaqland ölkəmizə qarşı aşkar antipatik, nifrət üzərində köklənmiş mövqe tutur.

İş o yerə çatıb ki, Yaqland AŞPA-nın kuluarlarında "Azərbaycanı mütləq cəzalandırmaq gərəkdir" söyləyib.

Halbuki həmişə konstruktiv müzakirələr və dialoqun tərəfdarı olub, indi də belədir.

Rəsmi Bakı AŞPA-da səslənən konstruktiv tənqidləri heç zaman rədd etməyib. Di gəl, hər şeyə rəğmən, Azərbaycan AŞPA-da sürəkli təzyiqlərlə və pressinqlə qarşılaşır.

Bundan başqa, zaman keçdikcə siyasi marionet təsiri bağışlamağa başlamış T.Yaqland Qərbin sanksiyalar tətbiq etdiyi Rusiya ilə əlaqələri normallaşdırmağa cəhd edərək Moskvaya dalbadal 5 səfər edibsə, Azərbaycanla bağlı məsələlərdə düşmənçilik və qərəz mövqelərindən çıxış edir.

Azərbaycan çox işlər görüb və AŞPA-nın Monitorinq Komitəsi ilə birgə fəaliyyət sayəsində ciddi irəliləyişlərə nail olub. Bakı AŞPA konvensiyasının bütün tələblərinə əməl edir.

Lakin sənədlərdə Azərbaycanın həyata keçirdiyi islahatlar, gördüyü işlər əks olunmayıb.

Məsələn, yüzlərlə məhbus əfv olunub, amma nə hesabatda, nə də qətnamələrdə bu, qeyd olunmayıb. Üstəlik, açıq mənbələrdən alınan məlumatların hesabata daxil edilməsi əsl absurddur. Daha doğrusu, qərəzli sənədin məzmununda erməni lobbisinin redaktəsi aydın görünür.

Sənədlərin qəbulundan sonra nə gözləməli?

Bundan sonra qurum Azərbaycana "problemlərin həlli" üçün tövsiyələr təklif edəcək.

Avropa Şurasının sədri Turbyorn Yaqland Azərbaycana qarşı "misli görünməmiş hüquqi addımın" atılmasına çağırır.

Nədir ermənipərəst, marionet Yaqlandın istəyi?

Çox güman ki, T.Yaqlandın nəzərdə tutduğu addım Azərbaycanın AŞ-a üzvlüyünün müzakirəsidir. Ən böyük ehtimalla, bu, Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin səsvermə səlahiyyəti və AŞPA-da digər fəaliyyətlərinin məhdudlaşdırılması ilə nəticələnə bilər.

Bundan başqa, "Azərbaycan camaşırxanası" adlı tragikomik "araşdırma"nın nəticələri əsasında Avropa Şurasında "Müstəqil Xarici İstintaq Qurumu"nun (Independent External İnvestigation Body) yaradılması, bu kvazitəhqiqat qrupunun Azərbaycanla bağlı iddiaları araşdırmaq niyyəti rəsmi Bakının daha bir müstəvidə hədəfə alınmasıdır.

Ümumiyyətlə isə, unutmayaq - AŞPA-nın istisnasız olaraq bütün qətnamələri sadəcə, tövsiyə xarakteri daşıyır.

Göründüyü kimi, bugünkü müzakirələrdən və səsvermədən sonra qəbul edilən sənədlər siyasi motivasiyalı, reallıqdan və Azərbaycandakı gerçək durumdan çox uzaq, qərəzli və subyektiv olduğundan heç bir halda Bakı sözügedən sənədlərlə razılaşa bilməz.

AŞPA-da bu gün gerçəkləşdirilən, ssenari müəlliflərindən birinin T.Yaqland olduğu kabare-şou Avropa Şurasının siyasi azadlıqları təcəssüm edən fundamental siyasi və humanist dəyərlərdən, vətəndaş azadlıqları və dövlətlə fərd arasındakı münasibətlərin məcmusunun çağdaş formatından uzaq olay olduğunu göstərdi.

Bizsə soruşuruq: AŞPA-da nə edirik, o təşkilatda niyə qalmışıq?!

AŞPA-dakı müzakirələr, xüsusilə də Avropa Şurasının sədri Turbyorn Yaqlandın və ştatlı "tənqidçilər"in xorunun ifasındakı "akapella 2 qətnamə" onu da nümayiş etdirdi ki, demokratiyanın təməl dəyərlərini aşkar tapdalamaq, məntiqi unutmaq, "Avropa Evi" geostrategiyasını lağa qoymaq, habelə kollektiv məsuliyyət və təhlükəsizlik sistemini qulaqardına vurmaq, sadəcə, Azərbaycanı hədəfə almaq olar.

AŞPA-dakı bugünkü burleskdə "Azərbaycan niyə REAL hərəkatının sədri İlqar Məmmədovla bağlı qərarı icra etmir?" ritorikası xüsusilə güclü idi.

Amma, lakin...

AŞPA üzvü olan Britaniya ümumiyyətlə, bu qurumun məhkəmə qərarlarını adi kağız parçası sayır.

Rusiya ölkənin məhkəmə sistemini AŞPA-ınn və Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarından üstün tutur, yəni icra etmir.

Moldova AİHM-in qərarlarını 10 ildən bəri vecinə almır.

Fransa, İtaliya, Rumıniya, Portuqaliya, Polşa və daha 12 ölkədə son illərdə AİHM-in 10000 (!) qərarı icra olunmayıb.

Ən nəhayət, işğalçı siyasət yürüdən, terrorizmi dövlət siyasətinə çevirən Ermənistan AŞPA-nın və AİHM-in qərarlarına, qətnamələrinə tüpürmək belə istəmir: 2008-ci ildəki prezident seçkilərində gülləbaran, Ermənistan müxalifətçilərinin 2011-ci ildə kütləvi həbsləri, İrəvanda "Sasna Srer"ə qarşı əməliyyat - Ermənistanla bağlı 162 qərar var, amma heç biri icra edilməyib.

Məntiqlə AŞPA insan haqlarını heçə sayan, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistandakı durumu müzakirə etməliydi.

Lakin siyasi kurtizankaya dönmüş T.Yaqlandın təkidi ilə Azərbaycan hədəfdədir.

Belədirsə, biz AŞPA-da nə edirik, nə üçün bu təşkilatda qalmışıq?

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Bu gün, 22:28Referendum keçmişdə qaldı - Abadi Bu gün, 22:21Leyla Əliyeva Zülfiyyəni təbrik etdi Bu gün, 22:11Fransa sui-qəsd etməyi planlaşdıran 10 nəfəri yaxalayıb Bu gün, 21:39Azərbaycanda dekorativ balıqlar yetişdiriləcək Bu gün, 21:07"Rossiya 24" Bakıdan süjet yayımladı Bu gün, 21:05Netanyahudan Rusiyaya: İrana icazə vermərik... Bu gün, 20:51ABŞ-Koreya qarşıdurması pik nöqtəyə yaxınlaşır - Rusiya Bu gün, 20:41Türkiyə hökumətindən teraktla bağlı ilk açıqlama Bu gün, 20:39İraq ordusu Kərkükdə peşmərgə heykəlini yandırdı Bu gün, 20:31Bərzani hiddətləndi: Kürdüstan xalqı bilsin ki... Bu gün, 20:28Polis rəisinin müavinini güllələyən şəxs həbs olundu Bu gün, 19:51Ukrayna Ali Radasının qarşısında mitinq keçirənlər çadır qurmağa başlayıblar Bu gün, 18:50Türkiyədə polis avtomobili partladılıb Bu gün, 18:42Sumqayıt ərazisində 40 partlayıcı qurğu tapıldı Bu gün, 18:34“Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb Bu gün, 18:22İranlı tələbəni öldürən beş nəfər həbs olunub Bu gün, 18:10"Sarkisyan danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır" Bu gün, 18:01Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq Bu gün, 17:33İŞİD-in "paytaxt"ı Rakka terrorçulardan azad edildi Bu gün, 17:26Manatın məzənnəsi Bu gün, 17:25Türkiyədə kömür mədənində uçqun - Dağıntılar altında qalanlar var Bu gün, 17:09“Biz ayrı yaşasaq da, ...” - Oksana Elşad Xosedən danışdı - VİDEO Bu gün, 17:01Deputat: "Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə..." Bu gün, 16:52Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatdı Bu gün, 16:43700 şirkət Kataloniyanı tərk etdi Bu gün, 16:36Dünya liderləri İlham Əliyevi təbrik etdilər Bu gün, 16:17Moskvada məktəblər boşaldıldı: Dərslər dayandırıldı Bu gün, 16:09SOS: Bəzi avtomobil yollarında sürüşmələr aktivləşdi Bu gün, 15:55Yeniyetmələrə tətbiq olunacaq yeni cəza növünün həddi məlum oldu Bu gün, 15:43Azərbaycan bu ölkəyə 355 milyon dollar investisiya yatırdı Bu gün, 15:23Britaniya da parçalanır? - Konvey Ayland müstəqillik istəyir Bu gün, 15:05"Rusiya işğalçı Ermənistanı silahlandırmaqdan çəkinməlidir" Bu gün, 14:53DÇ-2018: İsveç İtaliyaya, Yunanıstan Xorvatiyaya rəqib oldu Bu gün, 14:45Fikrət Hüseynli haqda həbs qərarı verildi Bu gün, 14:32Səfir: "Üç istiqamətdə atılacaq addımlar əlaqələrimizin inkişafına təkan verər”" Bu gün, 14:20"Sarkisyan status-kvonu saxlamaq üçün hər cür təxribata əl atır" Bu gün, 14:00"İnvestor bazasının yaradılması üzərində iş gedir" Bu gün, 13:55Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başa çatdı Bu gün, 13:47"Avropa təşəbbüsü ələ alıb Azərbaycanı silahlandırmalıdır..." Bu gün, 13:22"Türkiyə Dağlıq Qarabağa gedən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir"
Все новости
VİDEO

© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir