"Bu qətnamələr AŞPA-ya utanc gətirən sənədlərdir"

  • 11-10-2017, 15:33
  • 126
"AŞPA-dakı bugünkü müzakirələr bir daha göstərdi ki, burada müxtəlif qruplar, xüsusilə ermənilər tərəfindən dəstək alanlar Azərbaycanı ciddi tənqid etmək cəhdlərini ortaya qoymağa çalışdılar. Təsəvvür edin, çox vaxt AŞPA-nın iclaslarında iştirak etməyən şəxslər hamısı bura gəlib, Azərbaycanla bağlı bu fürsəti əldən vermək istəmədilər".

VOİCEPRESS
xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S. Seyidovun sözlərinə görə, həmin şəxslər açıq-aşkar öz qarşılarına məqsəd qoyublar ki, Avropa Şurası daxilində Azərbaycana qarşı lobbiçilik, nifrət kampaniyası yaratsınlar.

"Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Bir faktı deyim, Azərbaycan hüquqi islahatlarla bağlı dünya hüquq təşkilatının ən fəal üzvlərindən biridir, ölkədə hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə "Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır" sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər. Bugünkü müzakirələrdə onların əsas məqsədi Azərbaycanla Avropa Şurası arasında uçurum yaratmaq idi. Ancaq onlar istədiklərinə nail ola bilmədilər. Çünki çıxışlar arasında Azərbaycanın inkişafı, mövqeyi, rolu, gördüyü işlərlə bağlı həm Azərbaycan nümayəndə heyəti tərəfindən, həm bir sıra AŞPA deputatları tərəfindən konkret faktlar çatdırıldı. Əsas odur ki, burada da başa düşdülər ki, Avropa Şurasının baş katibi Avropa İnsan Haqları Məhkəməsində on minlərlə yerinə yetirilməmiş işini kənara qoyaraq yalnız bir işdən yapışıb, Azərbaycanın nüfuzuna, mövqeyinə birbaşa zərbə vurmaq niyyətindədir. Biz bu məsələni də burada qaldırdıq".

S. Seyidov bəzi çıxışların arxasında erməni lobbi qüvvələrinin pullarının dayandığını bildirdiklərini də deyib: "Biz konkret olaraq bildirdik ki, hansısa ölkələrlə dialoq qurmaq üçün gecə-gündüz çalışırlar, Azərbaycanla bağlı isə uçurum yaratmaq istəyirlər. Bu cəhdlər elə-belə deyil, bunların arxasında Azərbaycanı istəməyən qüvvələr var. Ancaq bunlar ayaq tutar, ancaq yeriyə bilməzlər. Yalan və böhtan üzərində qurulmuş kampaniya heç vaxt nəticə verə bilməz. Azərbaycan öz işlərini davam etdirir, həqiqətləri AŞPA deputatlarına da, Avropa ictimaiyyətinə də çatdırır. Bu gün Azərbaycan güclü və müstəqil dövlətdir. Avropa Şurası, AŞPA Azərbaycanla əlaqələr qurmaqda daha çox maraqlıdır, nəinki Azərbaycan. Çünki onlar da başa düşürlər ki, Azərbaycansız, Azərbaycanın Şərqlə Qərbi birləşdirən fəlsəfəsi olmadan AŞPA özü də yaşaya bilməz".

O, bəzilərinin Azərbaycanda gedən islahatları, ölkədəki qaçqın və məcburi köçkünlərlə bağlı görülən işləri inkar etdiklərini də diqqətə çatdırıb.

"Ümumiyyətlə, bu gün biz AŞPA-da ağa qara demək siyasətini və davranışını gördük. Mən əminəm ki, bu gün qəbul olunan məruzələr AŞPA-ya utanc gətirən bir sənəddir. Xüsusən İnsan Haqları Komitəsi adından qəbul olunmuş "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" sənədi qeyd etmək istəyirəm. Bunu tam məsuliyyətlə demək istəyirəm. Çünki məsələləri süni şəkildə gərginləşdirmək, məsələnin içərisinə həqiqətdən uzaq olan faktları daxil etmək bu məruzəni ciddilikdən çıxarıb, qeyri-ciddi sənəd halına gətirir. Azərbaycan müstəqil dövlət kimi belə bir sənədlə işləyə bilməz".

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Dünən, 17:14İspaniya şahzadəsi 90 dollarlıq libası ilə gündəmdə Dünən, 16:59İranın Ərbildəki baş konsulluğuna hücum oldu Dünən, 16:22Hərbçimiz şəhid oldu Dünən, 13:00İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video Dünən, 12:31AB parçalanır: Putin daha bir Avropa ölkəsini tutur Dünən, 11:45Məşhur futbolçu ilə aktrisa evləndi - Ərdoğan nikah şahidləri oldu Dünən, 11:38Oteldə partlayış: ölənlər var Dünən, 11:26Deputat: "Prezident İlham Əliyevin D - 8 Zirvə toplantısındakı çıxışı konkret hədəfə istiqamətləndi" Dünən, 11:11ABŞ-da 50 vaqondan ibarət yük qatarı relsdən çıxıb binalara girdi Dünən, 11:02Gürcüstan MSK-sı ilkin nəticələri açıqladı Dünən, 10:45Sloveniyada prezident seçkiləri keçirilir Dünən, 10:28BƏƏ-də yeni nazirlik YARADILDI - 27 yaşlı şəxs RƏHBƏR OLDU Dünən, 10:16Qazaxda partlayış: yaralanan var Dünən, 10:03Azərbaycan pambığının keyfiyyəti tekstil sənayesinin tələblərinə cavab verir? Dünən, 09:44"Titanik" sərnişininin məktubu 126 min avroya satıldı Dünən, 09:30Cəbhədə gərgin gecə Dünən, 09:10Marneulidə "Gürcü Arzusu"nun namizədinin qələbəsi qeyd olunur Dünən, 00:33Tramp Rəqqanın İŞİD-dən azad edilməsini təsdiqləyib 21-10-2017, 23:10Qonşu evlərin tikintisində iki paralel və qapalı divardan istifadə edilməsinə icazə veriləcək 21-10-2017, 22:42Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin seçki məntəqəsinə polis cəlb olunub 21-10-2017, 22:364 türkiyəlinin Xankəndinə qanunsuz səfəri... - Hayati Yazıçı 21-10-2017, 22:27Ermənistan bayraqlı maşın Bakıya necə gətirilib? - Video 21-10-2017, 22:03Milyarderlərin xanımları kimlərdi və nə işlə məşğuldurlar? 21-10-2017, 21:50Türk millət vəkilləri Manisada Bakı üçün toplandı 21-10-2017, 21:47"Bavariya" rekord gəlir əldə edib 21-10-2017, 21:32Azərbaycan cüdoçusu ermənini yenib dünya çempionu oldu 21-10-2017, 21:14Məşhur furbolçu Tbilisinin meri oldu 21-10-2017, 21:05Nostradamusu qabaqlayan "Simpsonlar" - ŞOK FAKTLAR 21-10-2017, 20:08“O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR” 21-10-2017, 19:53Proqnoz: Yaxın 2 ildə Azərbaycanda kənd təsərrüfatı sektoru artacaq 21-10-2017, 19:45Osmanlı sultanı Məsud Bərzaninin babalarını niyə edam etdi? 21-10-2017, 19:32Üzeyir Cəfərov: "Rusiya Federasiyasının rəhbəri kimi, hərdən bəzi siyasətçilərinizə görə utanc hissi keçirirsinizmi?" 21-10-2017, 19:17Ərdoğan: ABŞ-ı sivil ölkə adlandırmaq olmaz 21-10-2017, 19:09Özünü Kürə atmaq istəyən gənc qız xilas edildi 21-10-2017, 18:44"Atletiko" "Qarabağ"ı məğlub etməlidir ki..." 21-10-2017, 18:30Deniz Seki ərə gedir 21-10-2017, 18:27Türkiyənin məşhur məşqçisi: "Qarabağı və "Qarabağ" klubunu çox sevirik" 21-10-2017, 17:44Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı müzakirə etdi 21-10-2017, 17:36Azərbaycan Vaşinqtonda Baş Qərargah rəislərinin görüşündə iştirak edəcək 21-10-2017, 17:28İspaniya Kataloniyanın muxtariyyətini ləğv etdi
Все новости
VİDEO

© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir