AŞPA-da vəziyyət ürəkaçan deyil - Millət vəkili

Siyasət / Manşet

837

AŞPA-da vəziyyət ürəkaçan deyil - Millət vəkili
Son hadisələr Avropa ŞurasıParlament Assambleyasında vəziyyətin heç də ürəkaçan olmadığını göstərdi və yeni seçiləcək prezidentin üzərinə böyük vəzifə düşür.

VOİCEPRESS-in xəbərinə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümyəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın plenar iclasında çıxış edib.

S.Seyidov bildirib ki, Azərbaycan müsəlman dövləti olaraq insan hüquqları sahəsində böyük nəaliyyətlər əldə edib. O deyib ki, bəzi müsəlman dövlətlərində baş verən mənfi əməllər bütün müsəlman ölkələrinə şamil edilməməlidir.

Azərbaycanın AŞPA-dakı nümyəndə heyətinin rəhbəri qeyd edib ki, son hadisələrlə bağlı Avropa Şurası dövlətləri daxilində fikir ayrılıqları güclənib və bu mənfi təmayül davam etməkdədir.

VOİCEPRESS.AZ


Ранее » Prezident İlham Əliyev: "Ermənistan danışıqları pozmağa çal...« Далее "Nə üçün Avropa Şurasında qalmışıq?"
Flag Counter