Sergey Lavrov: Prezidentlər Dağlıq Qarabağ görüşünün yekunu üzrə birgə bəyanat qəbul ediblər

Siyasət / Manşet

3 634

Sergey Lavrov: Prezidentlər Dağlıq Qarabağ görüşünün yekunu üzrə birgə bəyanat qəbul ediblər
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində vəziyyətin normallaşdırılmasına sadiq olduqlarını bildiriblər və ATƏT müşahidəçilərin sayının artırılması barədə razılığa gəliblər.

VOİCEPRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

S.Lavrov qeyd edib: "Bundan başqa, biz danışıqlar prosesinin aktivləşdirilməsi üzrə konkret addımları qeyd etdik. Prezidentlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin normallaşdırılmasına sadiqliyin qeyd olunduğu, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin artırılmasını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində davamlı irəliləyiş üçün şəraitin yaradılmasına sadiqliyi nəzərdə tutan üçtərəfli bəyanatı razılaşdırdılar".

Qeyd edək ki, bu gün Sankt-Peterburq şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın birgə görüşü olub.


VOİCEPRESS.AZ

Ранее » Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları Assosiasiyasının...« Далее Prezidentlər Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayd...
Flag Counter