İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Siyasət / Manşet

3 876

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
Ötən gün Rusiya Federasiyasının Kareliya Respublikasında 14 şagirdin göldə batması ilə əlaqədar prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə baş sağlığı verib. VOİCEPRESS-in məlumatına görə, baş sağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

VOİCEPRESS.AZ

Ранее » İlham Əliyev Qarabağa görə Rusiyaya gedir« Далее "Torpaqları sülhlə qaytarmasalar, müharibə başlasın"