• 12:15 – Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi 12:09 – Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL 11:43 – Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı 11:29 – Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ 11:26 – Milli komandamız bu gün Litvanı qəbul edir 
  • 15:21 – İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 13:21 – Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq 

"Radikal dini qrupları siyasi və psixoloji baxımdan xeyli geri sala bildik"

"Azərbaycanda dini radikal qruplara qarşı mübarizə bu gün də aparılır. Artıq bu mübarizənin nəticələri də var".
VOİCEPRESS bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, radikal qrupların əleyhinə aparılan təbliğat effekt verib: "Artıq qəti şəkildə demək olar ki, Azərbaycanda radikal dini qrupları ideoloji, siyasi və psixoloji baxımdan xeyli geri sala bilmişik. Onların Azərbaycanda sosial-iqtisadi bazası yox dərəcəsindədir. Eyni zamanda, gənclərimizi muzdlu əsgər kimi din adı altında xaricə aparanları da neytrallaşdırmışıq. Bu məsələdə hüquq-mühafizə orqanları çox səmərəli işlədi. Biz bundan sonra da üzərimizə düşəni yerinə yetirəcəyik. Dini radikalların Azərbaycanda hər hansı fəaliyyətinə imkan verməyəcəyik. Onların siyasi sabitliyi, ictimai asayişi pozmasına cəmiyyət və dövlət imkan verməz".

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter