• 13:19 – Yerevan universitetlərində tələbələr Azərbaycan dilini öyrənir, Bakıda isə... 12:53 – Elmar Məmmədyarov Çilidə Dağlıq Qarabağ münaqişəsindən danışdı 12:22 – Prezidentin oğlu dünyanın 17 şəhərinin merini Düşənbəyə çağırdı 12:04 – Qazaxıstanın yeni prezidenti paytaxtın adını dərhal dəyişdirməyi təklif etdi 11:33 – Prezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanır 
  • 10:20 – Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı 
  • 13:30 – Norveç şirkəti “Boeing”ə qarşı iddia irəli sürmək niyyətindədir 
  • 00:50 – "Azərpoçt" bayram günlərində də işləyəcək 

İlham Əliyev Slovakiya və Özbəkistan prezidentlərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Andrey Kiskaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Dövlət başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi də təbrik edib.

Məktubda qeyd olunur: "Hörmətli Şavkat Miromonoviç, Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Müstəqillik yolu ilə inamla irəliləyən qardaş Özbəkistanın dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlar bizi sevindirir.

Azərbaycan ilə Özbəkistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərimiz xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Şavkat Miromonoviç, bu xoş fürsətdən istifadə edərək müqəddəs Qurban bayramı münasibətilə Sizə və ölkənizin bütün müsəlmanlarına ən səmimi təbriklərimi yetirirəm. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter