O, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan lider qadındır

  • 26-08-2017, 00:22
  • 3 456
O, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan lider qadındır
"Biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq".

Mehriban Əliyeva

Əliyeva Mehriban Arif qızı 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm xadimi, filologiya elmləri doktoru (1947), professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur.

Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

O, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan lider qadındır

O, müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirir:


“Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”.

O, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan lider qadındır

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Həyat yoldaşı İlham Əliyev Mehriban xanımı belə xarakterizə edir:

“Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir. ... Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi”.

O, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan lider qadındır

O, aktiv ictimai fəaliyyətə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb.

1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib. Azərbaycan Mədəniyyət Fondunun və “İrs” jurnalının yaradılma məqsədlərini Mehriban Əliyeva özü maraqlı izah etmişdir:

“Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. “İrs” jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində, Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində, həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı”.

O, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan lider qadındır

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.

Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, “... səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”.

O, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan lider qadındır

Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, sosial sahənin inkişafı üçün görülən işlər, ölkədə və xaricdə həyata keçirilən saysız-hesabsız humanitar aksiyalar, Azərbaycan xalqının mədəni irsinin qorunması, Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti məhz Mehriban Əliyevanın adı ilə, onun dahiyanə təşkilatçılıq bacarığı, təşəbbüskarlığı, prinsipiallığı və istedadı ilə bağlıdır.

Dünyanın bir çox yerlərində "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirlər isə böyük əks-səda doğurur. Belə ki, bu kampaniya nəticəsində bir çox xarici ölkələrin parlamentləri Xocalı faciəsinə hüquqi qiymət verib.

O, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan lider qadındır

Mehriban xanım özünü möhtəşəm təşkilatçı kimi Bakıda "Avroviziya" mahnı müsabiqəsinin keçirilməsində, Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları zamanı yüsək səviyyədə göstərmişdi. Bu miqyasda tədbirlər ölkəmizdə ilk dəfə keçirilirdi. "Avrovizya" mahnı müsabiqəsini bütün dünya yüksək qiymətləndirdi. Belə ki, ekspertlərin, qonaqların və müsabiqə iştirakçılarının fikrincə, bu müsabiqə festival tarixində ən yaxşısı idi.
O, xalqına xidməti əsas meyar kimi birinci xanım qismində qəbul etmişdir: “dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm”.

O, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan lider qadındır


Politoloq Yevgeni Kriştalyov Mehriban Əliyevanı bu cür xarakterizə edir:
“O, mahiyyət etibarilə lider qadındır, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan qadındır. O, birinci xanım vəzifəsinin yükünü “elə-belə” sadəcə daşımır, ölkə parlamentinin deputatı, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə bilavasitə iştirak edir. O, həmin vəzifələri sadəcə zərurət xatirinə, Azərbaycan Prezidentinin xanımı olduğuna görə deyil, səmimi qəlbdən, düşünülmüş şəkildə yerinə yetirir. Mehriban xanımın insani keyfiyyətləri ona bu dünyanın güclü simalarının çoxu ilə dil tapmaqda kömək edir”

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə görə bir çox beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən yüksək mükafatlara layiq görülüb. Mehriban Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiridir. Mehriban xanım eyni vaxtda hər iki qurumun xoşməramlı səfiri olan yeganə şəxsdir.

O, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan lider qadındır

Onun təşəbbüsü ilə Azərbaycanda və xaricdə məscidlər, kilsələr və sinaqoqlar bərpa olunur. Bundan əlavə, Heydər Əliyev Fondu Luvr muzeyində İslam şöbəsinin təşkilində, eləcə də Roma katakombalarının bərpasında birbaşa iştirak edib.

İSESKO-nun baş direktoru, doktor Əbdüləziz bin Osman əl-Tüveycri qeyd edir ki, Azərbaycanın müasir, tolerant və konstruktiv ölkə olaraq həqiqi simasını bütün dünyaya göstərir: "Fikrimcə, Azərbaycanın birinci xanımı hörmətə və heyranlığa layiq dünya əhəmiyyətli xadimdir".

2016-ci il aprel ayında Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən 4 günlük müharibə baş verdi. Bu zaman Azərbaycan ordusu igid , qəhrəman oğullarını itirdi. Qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib. O, Heydər Məscidinə gələrək, qoşunların təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində Vətən uğrunda qəhramanlıqla şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri və yaxınları ilə görüşüb. Mehriban Əliyeva təmas xəttində Ermənistan hərbi qüvvələrinin Azərbaycana qarşı törətdikləri son təxribatlar nəticəsində həlak olan Azərbaycan oğullarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib. O, şəhid analarına dəstək olarkən göz yaşlarını da saxlaya bilməyib. Mehriban xanım hər zaman Azərbaycan xanımlarının, xüsusilə şəhid analarının onun diqqətində olduğunu vurğulayıb.

O, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan lider qadındır

Mehriban xanım həm də Prezidentin etibarlı silahdaşıdır. Məhz bu səbəbdən də Prezident Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə onu layiq bilmişdir.

"Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi tək bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarını əsas götürür. Düşünürəm ki, qərarını da o, bu prinsiplərə əsaslanaraq qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam".

Daşıdığı ictimai yükün ağırlığına, gərgin iş qrafikinə, çoxşaxəli fəaliyyətinə baxmayaraq, o, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir.

O, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan lider qadındır

VOİCEPRESS Beynəlxalq İnformasiya Bürosunun kollektivi Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir və onun ünvanına daxil olan çoxsaylı arzu və minnətdarlıqlara qoşulur.


Aysel İsgəndərova

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Bu gün, 22:28Referendum keçmişdə qaldı - Abadi Bu gün, 22:21Leyla Əliyeva Zülfiyyəni təbrik etdi Bu gün, 22:11Fransa sui-qəsd etməyi planlaşdıran 10 nəfəri yaxalayıb Bu gün, 21:39Azərbaycanda dekorativ balıqlar yetişdiriləcək Bu gün, 21:07"Rossiya 24" Bakıdan süjet yayımladı Bu gün, 21:05Netanyahudan Rusiyaya: İrana icazə vermərik... Bu gün, 20:51ABŞ-Koreya qarşıdurması pik nöqtəyə yaxınlaşır - Rusiya Bu gün, 20:41Türkiyə hökumətindən teraktla bağlı ilk açıqlama Bu gün, 20:39İraq ordusu Kərkükdə peşmərgə heykəlini yandırdı Bu gün, 20:31Bərzani hiddətləndi: Kürdüstan xalqı bilsin ki... Bu gün, 20:28Polis rəisinin müavinini güllələyən şəxs həbs olundu Bu gün, 19:51Ukrayna Ali Radasının qarşısında mitinq keçirənlər çadır qurmağa başlayıblar Bu gün, 18:50Türkiyədə polis avtomobili partladılıb Bu gün, 18:42Sumqayıt ərazisində 40 partlayıcı qurğu tapıldı Bu gün, 18:34“Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb Bu gün, 18:22İranlı tələbəni öldürən beş nəfər həbs olunub Bu gün, 18:10"Sarkisyan danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır" Bu gün, 18:01Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq Bu gün, 17:33İŞİD-in "paytaxt"ı Rakka terrorçulardan azad edildi Bu gün, 17:26Manatın məzənnəsi Bu gün, 17:25Türkiyədə kömür mədənində uçqun - Dağıntılar altında qalanlar var Bu gün, 17:09“Biz ayrı yaşasaq da, ...” - Oksana Elşad Xosedən danışdı - VİDEO Bu gün, 17:01Deputat: "Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə..." Bu gün, 16:52Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatdı Bu gün, 16:43700 şirkət Kataloniyanı tərk etdi Bu gün, 16:36Dünya liderləri İlham Əliyevi təbrik etdilər Bu gün, 16:17Moskvada məktəblər boşaldıldı: Dərslər dayandırıldı Bu gün, 16:09SOS: Bəzi avtomobil yollarında sürüşmələr aktivləşdi Bu gün, 15:55Yeniyetmələrə tətbiq olunacaq yeni cəza növünün həddi məlum oldu Bu gün, 15:43Azərbaycan bu ölkəyə 355 milyon dollar investisiya yatırdı Bu gün, 15:23Britaniya da parçalanır? - Konvey Ayland müstəqillik istəyir Bu gün, 15:05"Rusiya işğalçı Ermənistanı silahlandırmaqdan çəkinməlidir" Bu gün, 14:53DÇ-2018: İsveç İtaliyaya, Yunanıstan Xorvatiyaya rəqib oldu Bu gün, 14:45Fikrət Hüseynli haqda həbs qərarı verildi Bu gün, 14:32Səfir: "Üç istiqamətdə atılacaq addımlar əlaqələrimizin inkişafına təkan verər”" Bu gün, 14:20"Sarkisyan status-kvonu saxlamaq üçün hər cür təxribata əl atır" Bu gün, 14:00"İnvestor bazasının yaradılması üzərində iş gedir" Bu gün, 13:55Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başa çatdı Bu gün, 13:47"Avropa təşəbbüsü ələ alıb Azərbaycanı silahlandırmalıdır..." Bu gün, 13:22"Türkiyə Dağlıq Qarabağa gedən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir"
Все новости
VİDEO

© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir