• 12:15 – Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi 12:09 – Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL 11:43 – Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı 11:29 – Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ 11:26 – Milli komandamız bu gün Litvanı qəbul edir 
  • 15:21 – İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 13:21 – Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq 

Zaxarova: "Dağlıq Qarabağ məsələsi Rusiyanın xarici siyasət prioritetlərinə aiddir"

Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib.
VOİCEPRESS xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu istiqamətdə konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə həmsədrlər tərəfindən vurğulanıb: "Bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib.

Vasitəçilər tərəfindən təklif edilən tədbirlərin reallaşdırılması münaqişə tərəflərinin iradəsindən asılıdır. Öz tərəfimizdən biz vəziyyətin stabilləşməsi, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesin davam etdirilməsi üçün hər şeyi edirik Məhz bu yanaşma Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən görüşündə üstünlük təşkil edib".

M.Zaxarova qeyd edib ki, hazırda həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər: "Bu məsələ bağlı iyul ayında onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyasət prioritetlərimizə aiddir".

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter