• 15:53 – Deputatlar pensiyalarla bağlı məsələni müzakirə edəcək 15:34 – “Formula-1”də pilotları rəqqaslar müşayiət edəcək 13:57 – Səfirliklərin fəaliyyəti yoxlanıldı, nöqsanlar aşkarlandı 12:50 – 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı bu azərbaycanlıdan danışır 10:00 – Zakir Həsənov HHQ-nin təlim-məşq mərkəzinin açılışında - FOTOLAR 
  • 13:00 – Məmmədyarov - Mnatsakanyan görüşü başladı - YENİLƏNİB 
  • 10:57 – Ötən il Azərbaycanda 1286 minik avtomobili istehsal edilib 
  • 09:11 – Bakı Dövlət Universitetinin nizamnaməsi təsdiqləndi 

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub - YENİLƏNİB

10:50

VOİCEPRESS
AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.


10:16

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun avqustun 8-də rəsmi qarşılanma mərasimi olub.

VOİCEPRESS
xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verdi.

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Türkmənistan prezidentləri rəsmi foto çəkdirdilər.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter